• Təqvim

  • Maraq



"Xocalı - Əsrin faciəsi" adlı dəyirmi masa keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında "Xocalı - Əsrin faciəsi" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək ermənilər tərəfindən Xocalıda törədilən soyqırımından danışıb.

Bakı Dövlət Universitetinin Qazax filialının dekan müavini, tarixçi Mübariz Süleymanov çıxışında qeyd edib ki, XX əsrin sonunda və müasir dünyanın gözləri önündə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bütün göstəriciləri ilə danılmaz soyqırımı aktıdır. Dəyirmi masada iştirak edən ali məktəbin tələbələri də mövzu üzrə çıxış ediblər.

#AzGF #GİKM #QazaxGİKM #JusticeForKhojaly #XocalıyaƏdalət


 

GOYEZEN.AZ



Facebook-da paylaş