“Xocalı bir millətin kədəri” sənədli filmi nümayiş etdirilib
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.
Növbəti tədbir fevralın 24-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.
Yeniyetmə və gənclər arasında Xocalı faciəsinin 30 ildönümü ilə bağlı Xocalı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə Virtual Qarabağ İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən çəkilmiş "Xocalı bir millətin kədəri” sənədli filmi nümayiş etdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş