• Təqvim

  • Maraq



Qazaxda “Yüksəliş” müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb


Respublika Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamına əsasən intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsi təsis edilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Yüksəliş” müsabiqəsi ilə bağlı "Səyyar qeydiyyat” xidməti həyata keçirilib.

Şəhərin mərkəzində təşkil olunan xidmətdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan 25 nəfər iştirak edib. Onlardan 11 nəfəri qeydiyyatdan keçib. Qeydiyyatın keçirilməsinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlərin təşkili üzrə baş mütəxəssis Bədir Zeynallı və informasiya və texnologiyalar üzrə baş mütəxəssis Kənan Süleymanlı rəhbərlik ediblər.

Məlumat üçün qeyd edək ki, müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim, yarımfinal və finaldan ibarət olmaqla beş mərhələdə keçiriləcək. Vətəndaşlara qeydiyyat üçün hər bir texniki dəstək göstərilib. Müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçiblər.

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı iki il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və idarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.






 

GOYEZEN.AZ



Facebook-da paylaş