20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
İlk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Qalereyanın direktoru Münəvvər Xəlilova və Qazax GİKM-in əməkdaşı Abuhəyat Əfəndi 20 Yanvar faciəsinin səbəbkarları və nəticələrindən, təpədən dırnağa silahlanmış ordunun qarşısına çıxan Vətən oğullarının vətənpərvərliyindən, eləcə də müstəqillik naminə çəkinmədən ölümə gedən gənclərin igidliyindən bəhs ediblər.
Daha sonra rəsmlərə baxış keçirilib. Müsabiqədə gənc rəssamların 30-dək əl işi nümayiş etdirilib. Müsabiqənin nəticələrinə görə Eşqin Quliyev I yerə layiq görülüb. Aydan Məmmədova II, Pəri Hacıyeva isə III yeri tutub.
Qaliblər Qazax GİKM tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş