Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş rəsm sərgisi təşkil olunub
Bu gün Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzi tərəfindən Qazax Dövlət Rəsm Qalereyasında Ümummilli Lider Heydər Əliyevin anım gününə
həsr olunmuş rəsm sərgisi təşkil olunub. Tədbirdə çıxış edən Qazax GİKM-in
direktoru İsmayıl Süleymanov və Qazax Dövlət Rəsm Qalereyasının direktoru
Münəvvər Xəlilova Ulu Öndər Heydər Əliyevin Azərbaycan
dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqı naminə həyata keçirdiyi
işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı gənclərə və
uşaqlara xüsusi qayğısından danışıblar. Daha sonra sərgiyə baxış keçirilib.
Sərgidə gənc rəssamların
20-dək əl işi nümayiş olunub. Yekunda rəssamlar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar. GOYEZEN.AZ
Facebook-da paylaş