Qazaxda Aprel şəhidi baş leytenant Elvin Namazovun ildönümü qeyd olunub » Göyəzən internet portalı

Qazaxda Aprel şəhidi baş leytenant Elvin Namazovun ildönümü qeyd olunub

Öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim ilk qalibiyyətimiz, ilk zəfər salnaməmizdir. Həmin döyüşlər zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun şəhidlik adlı zirvəyə yüksəldiyi gündən 2 il ötür.

Bu gün şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ildönümü mərasimi keçirilib.

Mərasimdə Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Yüzlərlə insan Yuxarı Salahlı kənd qəbiristanlığında şəhidin məzarı başına toplaşıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Elvin Namazovun məzarı önünə gələrək tər gül dəstəsi qoyub, şəhidin əziz xatirəsini dərin hörmətlə yad edib.
Qazaxda Aprel şəhidi baş leytenant Elvin Namazovun ildönümü qeyd olunub
Tədbir iştirakçıları da şəhidin məzarı üstünə tər qərənfillər düzərək xatirəsini yad ediblər. Şəhidin ruhuna dua oxunduqdan sonra çıxışlar olub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun qazandıqları nailiyyətlərdən söz açıb. Qeyd edib ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır.
Qazaxda Aprel şəhidi baş leytenant Elvin Namazovun ildönümü qeyd olunub
Bildirib ki, Aprel döyüşləri zamanı öz torpaqlarını şərəflə qoruyan, öz canından keçən Elvin Namazov kimi igid oğullar sayəsində düşmən tapdağında olan Azərbaycan torpağının bir hissəsi azad edildi, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçdi. Aprel döyüşləri zamanı düşmən və bütün dünya Azərbaycan ordusunun gücünü bir daha gördü. Sübut etdik ki, bizim güclü ordumuz var və Azərbaycan əsgəri hücuma keçib öz torpaqlarını düşmən tapdağından azad edə bilər.

Rəcəb Babaşov çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə baş leytenant Elvin Namazov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarına Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbiçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Qeyd ediblər ki, ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü və anladı ki, xalqımız işğal olunmuş torpaqlarını heç zaman güzəştə getməyəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Çıxışlarda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Elvin Namazovun da heç zaman unudulmayacağı qeyd olunub. Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığı, qəhrəmanlarımızın qanının yerdə qalmayacağı bildirilib.

Mərasimdə Yuxarı Salahlı və Birinci Şıxlı kənd tam orta məktəblərinin şagirdləri Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Şəhidin ata ocağında ehsan süfrəsi açılıb.

Elçin İSMAYIL

Facebook-da paylaş