Səyyar görüş zamanı qaldırılan məsələlərlə bağlı müşavirə keçirilib
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ötən həftə Qarapapaq kəndində sakinlərlə
keçirilən səyyar görüşü zamanı qaldırılan məsələlər və onların həll olunması istiqamətində
görülən işlərlə bağlı müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətində
keçirilən müşavirədə kənd sakinləri, məsələ ilə bağlı təhkim olunmuş şəxslər və
aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, bugünkü müşavirəni keçirməkdə də
əsas məqsədimiz vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət
göstərilməsinin vacibliyini önə çəkməkdir. Qeyd edib ki, sakinlər tərəfindən
qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümükün olan nə
varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə olmasından asılı
olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər öz müsbət
həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət göstərməlidir ki, vətəndaşda
dövlətə və dövlət başçısına olan inam hissini hər bir işləri ilə artırsınlar.
Sonra icra başçısı sakinlərin
qaldırdıqları məsələlərin mövcud vəziyyəti və bununla bağlı görülən işlərlə
maraqlanıb.
Rayon rəhbərinə məlumat
verilib ki, səyyar görüş zamanı vətəndaşlar
tərəfindən səsləndirilən kənddə qazda təzyiqinin, işıqda gərginliyin zəif
olması, yolun xırlanması, içməli suyun təmin olunması ilə bağlı müraciətləri
aidiyyəti şəxslərdən ibarət yaradılmış işçi qrupu tərəfindən yerində
araşdırılmış və hər bir məsələnin mövcud vəziyyəti qeyd olunmuşdur.
Səyyar görüşün ertəsi gün məsələ qaldıran sakinlərin
birgə iştirakı ilə evlərə baxış keçirilmiş və qazın təzyiqinin normal olması
yerində öyrənilmişdir.
Müşavirədə elektrik enerjisi ilə bağlı qaldırılan
digər məsələ də müzakirə olunub. Məlumat verilib ki, bu məsələ də yerində
araşdırılıb. Yaxın günlərdə yeni transformatorların qoyulacağı, köhnə elektrik
naqillərinin yenisi ilə əvəz olunacağı və SİP kabelləşmə işlərinin aparılacağı
bildirilib. Bununla da vətəndaşları narahat edən həmin məsələnin aradan
qaldırılacağı qeyd olunub.
İçməli su məsələsi ilə bağlı görülən işlər haqqında
məlumat verilərək qeyd olunub ki, bununla bağlı yeni su xəttinin çəkilməsi nəzərdə
tutulmuşdur. Suvarma suyu ilə bağlı məsələnin də həll olunması üçün arx və
kanalların təmizlənməsi işlərinin görüləcəyi bildirilib.
Vətəndaşların yolun xırlanması ilə bağlı müraciətinə
də baxılıb və həlli mümkün olan nə varsa, köməklik göstəriləcəyi vurğulanıb.
Vətəndaşların müraciətləri ilə bağlı mövcud vəziyyətlə
tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə
baxılmasını və nəzarətə götürülməsini tapşırıb. Vətəndaşların müraciətlərinin
tez bir zamanda öz müsbət həllini tapması üçün lazımi işlərin görülməsini
bildirib.
Müşavirədə iştirak edən kənd sakinlərindən Əzim
Göyəzənli, Ramiz Yusifov, Rasim Yaqubov, Arzuman Xasməmmədli və başqaları çıxış
edərək onların müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq
hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını
bildiriblər. Hər bir məsələnin öz müsbət həllini tapacağına əmin olduqlarını
qeyd ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş