“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib - » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib - Qazaxda

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib -
Qazax Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib.

21-22 iyun tarixlərində Gənclər Mərkəzində keçirilən tədbirdə rayon məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, həyat bilgisi fənnini tədris edən müəllimlər, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova seminarı giriş sözü ilə açaraq keçirilən tədbirin mahiyyəti və əhəmiyyəti haqqında ətraflı məlumat verib. Rayondakı dini durum və dini icmaların fəaliyyətləri haqqında məlumat verib, dini maarifləndirmə tədbirlərinin təşkil olunmasını yüksək qiymətləndirib.
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib -
Qazax RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlər barədə ətraflı danışaraq bu sahədə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib -
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mövzu ilə bağlı geniş məruzə edərək dini radikalizm və ekstremizm haqqında məlumat verərək, onlara qarşı mübarizə üsullarından danışıb. Bildirib ki, İslam Azərbaycanda yayılmağa başladığı dövrdən indiyədək bu dinin radikal, humanizmdən kənar prinsiplərə əsaslanan hansısa təlimi təbliğat apara bilməyib. Bunun əsas səbəbi xalqımızın etnik xüsusiyyətləri, yüksək mənəviyyatı və mədəniyyəti ilə bağlıdır.

Sədr müavini qeyd edib ki, elm-təhsil olmayanda din xurafata çevrilir. Təhsil, elm və din paralel addımlamalı, bir-birinə qarşı qoyulmamalıdır deyən natiq tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparıb.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizm, ekstremizm və fanatizmin mahiyyəti, eləcə də dini radikal qrupların təbliğat metodları barədə iştirakçıları məlumatlandırıb.

Seminar-treninqin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini ədəbiyyatlar paylanılıb.

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib -
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib -
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib -
GOYEZEN.AZ


Facebook-da paylaş