Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
8 Mart – Beynəlxalq
Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük
təntənə ilə qeyd olunub. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində rayonun
ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla görüş keçirilib. Tədbirdə
məktəb direktorları, müəllimlər, bağça müdirləri, rayonun ictimai-siyasi
həyatında fəallığı ilə seçilən qadınlar, KİV nümayəndələri iştirak edib. İcra başçısı qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider
Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə
həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli
fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Rayon rəhbəri
vurğulayıb ki, dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və
nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların
cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir.
Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə
fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi
həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın
rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə
qədər fəal olduğunu bir daha təsdiq edir. Azərbaycanın birinci xanımının
hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün
dünyada təbliği sahəsində gördüyü işlər bütün Azərbaycan qadınlarına əsl
örnəkdir. Rayon rəhbəri Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ
həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü
fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, onun təşəbbüsü ilə keçirilən
tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir. İcra başçısı
Rəcəb Babaşov çıxışı zamanı rayonun ictimai-siyasi həyatında mühüm
nailiyyətlərin əldə edilməsində qazaxlı qadınların da böyük əməyinin olduğunu
bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və
cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak
edən bir qrup qadına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı,
hədiyyələr və gül dəstələri təqdim edilib. Tədbirdə mükafatlandırılanlar rayonda apardığı
tikinti-quruculuq işlərinə, bayram münasibətilə belə yüksək səviyyəli görüş
təşkil etdirdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün
rayon qadınları adından öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bir daha bütün qadınları təbrik edərək onlara möhkəm cansağlığı, ailə
xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb. GOYEZEN.AZ
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə
açaraq Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyeva başda olmaqla bütün qadınları əlamətdar gün münasibətilə təbrik
edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan xanımlarının
həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın
mücəssəməsi olduğunu söyləyib.
Facebook-da paylaş