Əsas Səhifə > Təhsil > “PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihənin icrası davam edir

“PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihənin icrası davam edir


17-05-2022, 12:22


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalibi olmuş Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmovanın "PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihəsi uğurla icra olunur.

15.09.2021-ci il tarixindən başlayan layihənin məqsədi PİSA-da (Şagirdlərin beynəlxalq qiymətləndirmə proqramında) daha uğurlu nəticə əldə etmək məqsədilə regionlarda (Qazaxda) STEAM mərkəzi açmaq, şagirdlərdə 10 il bundan sonrakı cəmiyyətdə vacib olan kompetensiyaları formalaşdırmağa nail olmaq və həmin kompetensiyaların səviyyəsini yerli şəraitdə əvvəlki illərin PİSA tapşırıqları əsasında aprobasiya edərək STEAM yanaşmasının tətbiqinin PİSA nəticələrinə təsirini müəyyənləşdirməkdir. 

Fevral-mart aylarında STEAMçı şagirdlər "Tullantılara yeni həyat” adlı çox maraqlı layihəyə imza atıblar. Şagirdlər tullantılardan prototiplər hazırlayıblar. Bunlar əsasən əl fənərləri, gecə lampaları, mühərrikli maşınlar, ventilyator, musiqili lampalar olub. Daha sonra STEAMçı mühəndislər öz avtomobillərini düzəldərək yarışda iştirak ediblər. Növbəti yarış "Ən yaxşı mühərrikli qayıq” müsabiqəsi olub. Komandalar mühərrikli qayıqlar düzəldərək təqdim ediblər. Bu müsabiqədə qaliblər "Ən yaxşı dizaynlı qayıq” və "Ən sürətli qayıq” nominasiyaları üzrə müəyyən olunub. Layihənin ən vacib aspektlərindən biri də odur ki, STEAMçıların təxəyyülünü inkişaf etdirmək üçün fərqli və innovativ metodikalardan da istifadə edilir. Məsələn: "Drudllar”, "8 vəzir”, "hərfə uyğun 50 söz”, "pişiyi tut” və s. kimi təxəyyül oyunları və üsullarından istifadə edilir ki, bu da şagirdlərdə baş beyinin sağ yarımkürəsinin sürətli inkişafına səbəb olur. Məlumdur ki, sağ yarımkürə məhz yaradıcılığın inkişafına cavabdehdir. Eyni zamanda, bu günə qədər STEAM dərslərinin tətbiqi şagirdlərin PİSA tapşırıqlarının həlletmə qabiliyyətinə təsirinin müəyyənləşdirilməsidir. Layihənin sonuna yaxın bu istiqamətdə toplanmış nəticələr təhlil və müqayisə olunaraq yekun nəticə çıxarılacaq. Layihənin dərsləri aprelin sonu tamamlanıb. Dərs prosesini şagirdlər özləri idarə etməyə davam edir, artıq komandada işləmək və problemi həll etmək bacarıqları tam formalaşıb. Onlar birlikdə layihələr üzərində fikirləşir, problemlərin həlli yollarını birlikdə tapırlar. May ayının sonu və iyun ayının əvvəllərində isə STEAMçıların əl işlərindən ibarət sərgi təşkil olunacaq. Bu bacarıqlar STEAMçıların gələcək peşə fəaliyyətlərində əvəzsiz rol oynayacaq.  








 

GOYEZEN.AZ


Geri qayıt