Əsas Səhifə > Təhsil > Qazaxda daha 5 məktəbdə narkomaniya və onun törətdiyi fəsadlara həsr olunmuş maarifləndirici tədbir keçirilib

Qazaxda daha 5 məktəbdə narkomaniya və onun törətdiyi fəsadlara həsr olunmuş maarifləndirici tədbir keçirilib


22-11-2021, 15:22


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda keçirilən maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti tədbirlər Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbdə, Birinci  Şıxlı kənd ümumi orta məktəbdə, Valeh Musayev adına İkinci  Şıxlı kənd tam orta məktəbdə, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbZahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəb təşkil olunub.

Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini polkovnik-leytenant Rəşad Abdullayev, Rayon Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun inspektoru, polis mayoru Hikmət Nəsibov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə Osmanovanın iştirak etdiyi tədbirlərdə ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, aparılan mübarizə tədbirlərindən söz açılıb. 

 

Keçirilən tədbirlərin məqsəd və əhəmiyyətindən danışılaraq zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyəti vurğulanıb, yeniyetmələrə sağlam həyat tərzi keçirmələri, faydalı bilik və bacarıqlar öyrənmələri bildirilib.  

Məktəblilərə narkomaniyanın səbəb olduğu ağır fəsadlar, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib. Narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığı, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyəti qeyd edilib. Bu gün polis əməkdaşları tərəfindən maarifləndirmə tədbirlərinə böyük önəm verilməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirdiyi diqqətə çatdırılıb. Çıxışlarda gələcəyin qurucuları olan məktəblilərin bu məsələdə daha həssas olmaları, zərərli vərdişlərə meyil etməmələri, həmin vərdişlərdən uzaq durmaları tövsiyə edilib.

Tədbirlərdə həmçinin "Narkomaniya bəşəriyyətin bəlası" adlı vidioçarx nümayiş olunub. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.

 

GOYEZEN.AZ


Geri qayıt