Əsas Səhifə > Təhsil > Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib


14-12-2019, 14:28


Bu gün Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il tarixli F-531 nömrəli Əmrinə əsasən təsdiq edilmiş 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyinin Fəaliyyət planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi ilə bağlı respublikanın bütün ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanlarının 2-ci mərhələsinə uyğun şəkildə sınaq imtahanı keçirilib.

Qazax rayonunda da imtahan yüksək səviyyədə təşkil olunub. Belə ki, 2 mərkəzdə - S.Əfəndiyev adına şəhər 1 nömrəli və S.Vurğun adına 2 nömrəli tam orta məktəblərdə imtahanın təlimata uyğun, şəffaf və ədalətli şəkildə keçirilməsi üçün əvvəlcədən lazımi hazırlıq işləri görülüb. İmtahan aparılan məktəblərdə şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahan zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

İmtahanda şəhər və kənd üzrə olmaqla 39 tam orta məktəbin IX siniflərində təhsil alan 1016 nəfər şagird iştirak edib. Şəhər 1 nömrəli tam orta məktəbdə 505 nəfər, 2 nömrəli tam orta məktəbdə isə 511 nəfər şagird imtahanda öz biliyini sınayıb.

Şagirdlərə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil fənləri üzrə 90 sual (hər fənn üzrə 30) təqdim olunub. Suallar açıq və test qaydasında tərtib edilib. İmtahan üçün şagirdlərə 135 dəqiqə vaxt verilib.

Təhsil Nazirliyinin nümayəndələri Şəhriyar və Ülvi Məmmədovlar başda olmaqla rayon Təhsil şöbəsinin əməkdaşları da imtahanın qayda-qanunla aparılmasına nəzarət edib. Eyni zamanda imtahanın gedişinə nəzarət etmək üçün iki mərkəz üzrə 50 nəfərdən artıq müəllim cəlb edilib.

Məlumat üçün qeyd edək ki, imtahanın cavabları növbəti həftədə məlum olacaq.










 

GOYEZEN.AZ


Geri qayıt