Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında ulu öndərə həsr olunmuş anım tədbiri keçirilib
BDU-nun Qazax filialında ulu öndərə həsr olunmuş anım tədbiri keçirilib10-12-2018, 14:43 |
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 35 illik rəhbərliyi dövründə Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçib. Xalqımız bu gün tam əmindir ki, heç bir qüvvə ulu öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçiliyini sarsıda bilməz, xalqımızın azadlığını və müstəqilliyini əlindən ala bilməz. Bu gün bu fikirlər Bakı Dövlət Universitetinin Qazax filialında ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım tədbirində səsləndirilib. Universitetin Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor, müəllim və tələbə heyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin filialın foyesində yerləşən büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən slayt nümayiş etdirilib.
BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dossent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin tarixindəki yeri və əhəmiyyəti barədə danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə olan ümidləri daha da gücləndirdi.
Direktor müaviniqeyd edib ki, ümummilli liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Filialın ictimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin həm də dünya şöhrətli siyasətçi olmasından söz açıb. Qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər var qüvvəsini və bacarığını ölkənin yüksəlişinə həsr edərək, nəhəng quruculuq işlərinin təşəbbüskarı olub. Onun zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.
Universitetin ictimai və təbiət fənləri kafedrasının müəllimi İmran Məmmədov, tarix və coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi Laura İsmayılova və başqaları çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açıblar. Müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsi yarandığı zaman yalnız ümummilli lider Heydər Əliyevin xalqı bu bəladan xilas etdiyini və möhkəm sütunlar üzərində müstəqil Azərbaycan dövlətini qurduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub.
GOYEZEN.AZ
Geri qayıt |