Əsas Səhifə > Sosial > Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Bakı küçəsində asfalt vurulmasına başlanılıb –
Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Bakı küçəsində asfalt vurulmasına başlanılıb –25-09-2020, 21:04 |
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində bu gün nəinki paytaxt Bakıda, eləcə də respublikamızın hər yerində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində son illər Qazax rayonu da böyük bir tikinti meydançasını xatırladır. Belə ki, Qazaxda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu sübut edir ki, illər ötdükcə Qazax rayonu inkişaf edərək abad rayonlardan birinə çevrilir. Hazırda ölkə başçısının qayğısı sayəsində Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə quruculuq işləri görülür. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet və bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır və digər abadlıq işləri aparılır. Xəbər verdiyimiz kimi, artıq xeyli vaxtdır ki, şəhərin Heydər Əliyev prospektində və Bakı küçəsində su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə abadlıq işlərinə start verilib. Bu gün su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Bakı küçəsində birinci qat asfaltın vurulmasına başlanılıb. Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Həmçinin, şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada da yeni asfalt vurulacaq. Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan rayon sakinləri görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Abadlıq işləri aparılan və yeni asfalt vurulan Bakı küçəsi
GOYEZEN.AZ Geri qayıt |