Əsas Səhifə > Sosial > Qazaxda həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkəti yüksək səviyyədə təmin edilir
Qazaxda həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkəti yüksək səviyyədə təmin edilir9-08-2018, 10:34 |
“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” - ulu öndər Heydər Əliyevin bu dəyərli fikirləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyinin əyani sübutudur. Bu gün ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və davamlı tədbirlərin həyata keçirilməsi, dövlət başçısının bu istiqamətdə imzaladığı çoxsaylı sərəncamlar nəqliyyat-yol infrastrukturunun dinamik inkişafına yol açmışdır. Ölkə Başçısının tapşırığına əsasən yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla davam etdirilir. Bu istiqamətdə son iki il ərzində rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi bunun bariz nümunəsidir. Sevindirici haldır ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, avtomobil yollarında həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə də bir sıra işlər görülür. Mütəmadi olaraq şəhərin prospekt və küçələrində avtobus dayanacaqlarının önündə, yolun hərəkət hissəsi ilə səki arasında xüsusi nişanlanma xətləri çəkilir. Şəhərin Heydər Əliyev prospektində piyada zolaqlarının yenidən rənglənməsi və yolun hərəkət hissəsi ilə səki arasında yeni xətlərin çəkilməsi işləri aparılıb. Piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə məlumatverici üfüqi nişanlanma xətlərinin çəkilməsi sakinlər tərəfindən də böyük minnətdarlıq hissi ilə qarşılanıb. GOYEZEN.AZ
Geri qayıt |