Əsas Səhifə > Sosial > Vətəndaşın sosial şəbəkədə etdiyi müraciət qısa vaxtda müsbət həllini tapıb
Vətəndaşın sosial şəbəkədə etdiyi müraciət qısa vaxtda müsbət həllini tapıb6-02-2026, 14:51 |
|
Ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı Qazaxda da hər zaman hiss olunur. Rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, vətəndaşlara göstərilən qayğı, edilən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi Qazaxda vətəndaş amilinin daim diqqət mərkəzində olması deməkdir. Vətəndaşlara olan qayğının nəticəsidir ki, bu gün hər bir sakin Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına inanır. GOYEZEN.AZ internet portalının feysbuk səhifəsinə edilən müraciətin qısa bir vaxtda müsbət həllini tapması bu dediklərimizin əyani sübutudur. Ötən gün Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini Rəhimov Ruslan Zakir oğlunun Qazax rayonunun Xanlıqlar kəndindəki yolla bağlı müraciətinə rayon rəhbərliyi tərəfindən münasibət bildirilməsi, qeyd edilən məsələnin qısa zamanda aradan qaldırılması vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.
Geri qayıt |