Respublika Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə koronavirus
(COVID-19) infeksiyası ilə mübarizə sahəsində görülən işlər, həyata keçirilən tədbirlər
bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən həyata
keçirilən işlərdə hər zaman ölkə vətəndaşlarının sağlamlığı əsas götürülür. Bu,
hər birimiz üçün nümunə olmalıdır. Ən əsası da edilən tələb və tövsiyələrə əməl
etmək, ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə
tədbirlərinə dəstək olmaq hər kəsin üzərinə düşən vəzifədir.
Dünyanı cənginə alan koronavirus infeksiyası ilə ən
güclü mübarizə üsulu vaksinasiyadır ki, bu sahədə görülən işlər də
təqdirəlayiqdir. Ölkəmiz koronavirus əleyhinə peyvəndləmə prosesinə ilk
başlayan dövlətlərdəndir.
Koronavirus
pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən
vaksinasiya tədbirləri çərçivəsində Qazax rayonunda əhalinin COVID-19
infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi
əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Pandemiya
ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın
vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır.
Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı,
kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə vaksinasiya
prosesi həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Qazax rayonu üzrə vətəndaşlara 159 min 679 doza vaksin vurulub. Birinci mərhələ üzrə
peyvənd olunanların sayı 60 min 569, ikinci
mərhələ üzrə peyvənd olunanların sayı isə 58 min 456 nəfərdir.
Hazırda
Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndin gücləndirici dozası
olan 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Bu gün Qazaxda da
vətəndaşlara buster dozanın vurulması prosesi aparılır ki, bu günə
kimi buster doza üzrə peyvənd olunanların sayı 40 min 654 nəfərdir.
Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi
işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına
ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.
Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın yeganə yolu peyvənd
olunmaqdır.
GOYEZEN.AZ
Geri qayıt
|