Əsas Səhifə > Şəhidlər > Qazax Telekommunikasiya Qovşağının kollektivi şəhid ailələrinin və qazilərimizin müraciətinə daim həssaslıqla yanaşır

Qazax Telekommunikasiya Qovşağının kollektivi şəhid ailələrinin və qazilərimizin müraciətinə daim həssaslıqla yanaşır


24-02-2021, 18:44


Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına və qazilərimizə dövlət  tərəfindən hər zaman davamlı xüsusi diqqət və qayğı göstərilir. Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə göstərdikləri dövlət qayğısı nümunəvi xarakter daşıyır.

Ölkə başçısının və Birinci vitse-prezidentin şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə, müharibə iştirakçılarına olan qayğıları Qazaxda da hər zaman örnək sayılır.

Rayonda respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid, qazi olmuş ailələrin və müharibə iştirakçılarının ailələrinin telekommunikasiya xidmətlərindən istifadə etmələri üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeli strukturları tərəfindən məqsədyönlü işlər görülür.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının kollektivi də bu sahədə öz işini günün tələbləri səviyyəsində qurur.

Dövlətin, ölkə Prezidentinin və rayon rəhbərliyinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğısını əldə rəhbər tutuan Qovşağın kollektivi bu təbəqədən olan insanları daim diqqətdə saxlayır, qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşırlar. Şəhidlərimizə və qazilərimizə olan qayğının nəticəsidir ki, 30 nəfər şəhid ailəsi, 31 nəfər Vətən müharibəsi qazisi, 5 nəfər müharibə iştirakçısı ailəsi telefon və internet xidməti ilə təmin edilib.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən qayğı bütün cəmiyyətimiz, o cümlədən şəhid ailələri və müharibə veteranları tərəfindən razılıqla qarşılanır. İnternet və rabitə sahəsində olan qayğılarının həlli istiqamətində görülmüş işlərə görə minnətdarlıq edirlər. Rayonda bütün sahələrdə vətəndaşlara göstərilən qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini bildirirlər.

GOYEZEN.AZ


Geri qayıt