Əsas Səhifə > Rəsmi > Qazax rayon bələdiyyə sədrləri şurası Anlaşma Memorandumu imzalayıb

Qazax rayon bələdiyyə sədrləri şurası Anlaşma Memorandumu imzalayıb


28-05-2018, 09:11
Qazax rayon bələdiyyə sədrləri şurası Anlaşma Memorandumu imzalayıb
Qazax rayon bələdiyyə sədrləri Şurasının əlaqələri get-gedə genişlənir, fəaliyyət dairəsi böyüyür. Bu da Qazax rayonunda bələdiyyələrin günün tələbləri səviyyəsində formalaşmasından, öz fəaliyyətlərini zamana uyğun şəkildə qurmasından irəli gəlir. Bunu son illər bələdiyyələrin yaratdığı əlaqələrdən də aydın şəkildə görmək olar.

Bu günlərdə Qazax bələdiyyə sədrləri Şurası beynəlxalq memoranduma imza atıb. Bununla əlaqədar Qazaxda imzalanma mərasimi keçirilib. Mərasimdə Qazax rayonunda fəaliyyət göstətən bələdiyyələrin sədrləri, KİV nümayəndələri iştirak edib.

Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Qazax bələdiyyə sədrləri Şurası ilə “Qərb Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək (VCİD) İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb. “Gənc sahibkarların sinerjisi (YES!) Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” layihəsi çərçivəsində həyata keçiriləcək sənədi Qazax bələdiyyə sədrləri Şurasının sədri Tofik Orucov və “Qərb Resurs” İctimai Birliyinin rəhbəri Ramil Göyüşov imzalayıblar.

Layihə sərhəd bölgələrində yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına yardım etmək və sərhədlərarası iqtisadi əməkdaşlığın artırılması, iqtisadi və ictimai əlaqələrin genişləndirilməsi üçün əlverişli mühit yaratmaq məqsədi daşıyır.

İmzalanmış layihə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində maliyyələşdirilir.

Qazax rayon bələdiyyə sədrləri şurası Anlaşma Memorandumu imzalayıb
Qazax rayon bələdiyyə sədrləri şurası Anlaşma Memorandumu imzalayıb
Qazax rayon bələdiyyə sədrləri şurası Anlaşma Memorandumu imzalayıb
Qazax rayon bələdiyyə sədrləri şurası Anlaşma Memorandumu imzalayıb
GOYEZEN.AZ

Geri qayıt