Əsas Səhifə > Rəsmi > Qazaxda “Tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda tədbir keçirilib
Qazaxda “Tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda tədbir keçirilibBu gün, 18:22 |
|
Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Gülnar Qəhrəmanova, müəllimlərdən Mətanət Kazımova, Asya Alhüseynova, Türkan Allahverdiyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, onun misilsiz xidmətlərindən, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, qarşıda duran mühüm vəzifələrdən ətraflı danışıblar. Natiqlər keçirilən bu silsilə tədbirlərin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından, bütün ölkə ərazisində konstitusiya quruluşumuzun bərqərar edilməsindən, Dövlət Bayrağımızın bu gün bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində qazanılan qələbələrdən, əldə olunan nailiyyətlərdən geniş bəhs ediblər. Tədbirdə tələbələr Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib və müxtəlif ədəbi -bədii kompozisiya ilə çıxış ediblər. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.
Geri qayıt |