Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda keçən il 30 min ton kartof tədarük olunub
Qazaxda keçən il 30 min ton kartof tədarük olunub5-04-2019, 11:01 |
Son illər Qazax rayonunda kartofçuluğun inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Nəticədə bu vacib məhsulun istehsalı getdikcə artır. Adamların kartofçuluğa marağının artması bol məhsul yetişdirməyə imkan yaratmaqla yanaşı, yeni iş yerlərinin açılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə bir fakt maraq doğurur ki, əgər üç il qabaq, yəni 2016-cı ildə rayonda cəmi 10 min 205 ton kartof tədarük olunmuşdusa, artıq keçən il bu rəqəm 30 min tonu keçmişdir. İldən-ilə kartof
sahələrini genişləndirən qazaxlı sahibkarlar, sadə kəndlilər bu il də kartof
sahələrini genişləndirmək əzmindədirlər. Belə ki, 2019-cu ildə ötən ilə
nisbətən əkin sahəsinin daha 82 hektar artırılaraq 1200 hektara çatdırılması
nəzərdə tutulub. Bugünədək 800 hektara yaxın ərazidə yazlıq kartof əkini aparılıb.
Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 5 aprel 2019-cu il Geri qayıt |