Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar film nümayiş olunub
Qazax Rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar film nümayiş olunub30-03-2022, 18:42 |
Martın 30-da Qazax Rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar film nümayişi təşkil olunub. Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak ediblər.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək 200 ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, soyqırımının tarixi, səbəbləri barədə məlumat verib. C.Hüseynova bildirib ki, 1918-ci il 30 mart-3 aprel tarixlərində Bakıda, Qarabağda, Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda Bakı Sovetinin 6 min silahlı əsgəri və daşnak- ermənilərin 4 minlik silahlıları azərbaycanlılara qarşı soyqırıma başladılar. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edildi, 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Lənkəran və digər ərazilərdə azərbaycanlılara qarşı erməni daşnaklarının xüsusi qəddarlıqla törətdiyi soyqırımdan, vəhşiliklərdən bəhs edən görüntülərin tarixi faktlarla öz əksini tapdığı sənədli film nümayiş etdirilib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Yer quruluşu və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Məleykə Rüstəmova çıxış edərək erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım siyasəti haqqında öz fikirlərini bildirib. Qeyd edib ki, günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsi və azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınması təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil edilmiş filmin nümayişi gün ərzində davam etdirilib.
GOYEZEN.AZ Geri qayıt |