Əsas Səhifə > Mədəniyyət > Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin tarixi simasının bərpası istiqamətində böyük layihələr həyata keçirilir

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin tarixi simasının bərpası istiqamətində böyük layihələr həyata keçirilir


11-03-2022, 20:50


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına uyğun olaraq Respublika Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamına əsasən 2022-ci ilin "Şuşa İli” elan edilməsi ilə əlaqədar və Azərbaycançılıq məfkurəsinin banisi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə rayonun ümumtəhsil məktəblərində mühazirələrin oxunması davam edir.

Növbəti mühazirə martın 11-də Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin VI sinif şagirdlərinə "Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlığı altında oxunub.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva bildirib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev böyük fədakarlıqlar hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir. Ulu Öndər Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş və demişdir ki, "Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin xidmətləri nəticəsində Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olunmuşdu. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” - demişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursu  bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir. Bu gün isə Şuşa yenidən qurulur. Şuşanın yenidən qurulması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin tarixi simasının bərpası istiqamətində böyük layihələr həyata keçirilir.



 

GOYEZEN.AZ


Geri qayıt