Əsas Səhifə > Mədəniyyət > BDU-nun Qazax filialında “Milli dövlətçiliyin dirçəlişində Heydər Əliyev böyük tarixi qərarlara imza atdı” mövzusunda mühazirə oxunub

BDU-nun Qazax filialında “Milli dövlətçiliyin dirçəlişində Heydər Əliyev böyük tarixi qərarlara imza atdı” mövzusunda mühazirə oxunub


18-11-2021, 14:12


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən azadlığa, müstəqilliyə gedən yolu nurlandıran, daim milləti ilə birlikdə olmaqla, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi əvəzsiz xidmətlərin gələcək nəsillərə  təbliği  məqsədilə ümumtəhsil, ali və orta ixtisas məktəblərində mühazirələrin oxunması davam edir.

Növbəti mühazirə noyabrın 18-də Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinə "Milli dövlətçiliyin dirçəlişində Heydər Əliyev böyük tarixi qərarlara imza atdı” mövzusunda oxunub.


Mərkəzin direktoru Ceyhunə Hüseynova milli dövlətçiliyin dirçəlişində Heydər Əliyevin imza atdığı böyük tarixi qərarlardan danışaraq bildirib ki, Azərbaycan bugünkü müstəqilliyinə nail olmaq və müstəqilliyini qoruyub saxlamaq, əbədi və dönməz etmək üçün çətin və keşməkeşli tarixi bir yoldan keçmişdir. Bu yolun mahiyyəti və sonrakı tarixi proseslərə təsiri Heydər Əliyev kimi tarixi şəxsiyyətin yeni siyasi reallıqlarla nail olduğu ümummilli nəticələr ilə özünü sübuta yetirməkdədir. Heydər Əliyevin siyasi fəaliyyətinin hədəfində duran azad və müstəqil dövləti qurmaq, onu qorumaq, tarixi reallığa çevirmək məharəti olmadan bugünkü müstəqil, azad, bütöv və qalib Azərbaycanı təsəvvür etmək mümkün ola bilməz.

 

Sonra BDU-nun Qazax filialının şöbə müdiri Qasım Əliyev çıxış edərək Azərbaycanın siyasi həyatını, bütövlükdə cəmiyyətimizi Heydər Əliyevin tarixi qərarlarından kənarda təsəvvür olunmadığını bildirib. Qeyd edib ki, məhz Heydər Əliyevin Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə yeni siyasi kurs formalaşmağa başladı. Nəticədə vətəndaş müharibəsi sovuşdu, separatçılıq meyillərinə son qoyuldu. Azərbaycanın müstəqilliyi təmin edildi. Qısa müddət ərzində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə, dünya birliyinin layiqli üzvünə çevrildi. Bu gün Azərbaycan Ulu Öndərin layiqli varisi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət kimi öz sözünü deməkdədir. Bu, xalqımızın və dövlətimizin uğurudur. Q.Əliyev bildirib ki, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən mütəmadi olaraq tələbələrə Ulu Öndərin ibrətamiz həyatı və siyasi fəaliyyəti, müasir tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən mühazirələrin oxunması təqdirəlayiq haldır və bu, Universitet rəhbərliyi, eləcə də tələbələr tərəfindən yüksək qiymətləndirilir.


 

GOYEZEN.AZ


Geri qayıt