Əsas Səhifə > Mədəniyyət > “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda növbəti "Açıq dərs” keçirilib

“Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda növbəti "Açıq dərs” keçirilib


13-10-2021, 21:16


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə məktəblilər arasında keçirilən "Açıq dərs”lər davam etdirilir.

Növbəti "Açıq dərs” oktyabrın 13-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri üçün təşkil olunub.

"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən dərsdə Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva tərəfindən oxunan mühazirədə Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və siyasi fəaliyyəti geniş şəkildə məktəblilərə çatdırılıb. Ulu Öndərin əsasını qoyduğu dövlət siyasətini  uğurla davam etdirən Prezident İlham Əliyevin son 18 ildə əldə etdiyi böyük nailiyyətlərdən, 44 günlük Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatmasından ətraflı söhbət açılıb.

GOYEZEN.AZ


Geri qayıt