Əsas Səhifə > Mədəniyyət > Qazaxda 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş onlayn mahnı-musiqi müsabiqəsi keçirilib
Qazaxda 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş onlayn mahnı-musiqi müsabiqəsi keçirilib18-09-2020, 18:56 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4-cü (Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən, 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş onlayn mahnı-musiqi müsabiqəsi keçirilib. 11-17 sentyabr 2020-ci il tarixlərdə "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi ilə birgə təşkil olunmuş mahnı-musiqi müsabiqəsində ümumilikdə 14 nəfər gənc iştirak edib. Musiqi müsabiqəsi üzrə Sarif Vəliyev I yerə, Türkan Rəhimova II yerə, Məhəmməd Budaqov III yerə, instrumental musiqi alətində ifasına görə Müjgan Məhərrəmova I yerə, Cəmilə Məmmədova II yerə, Eşqin Omarov III yerə layiq görülüblər. Qaliblər istedadlı musiqi müəllimi Vahid Bayramov tərəfindən seçilib. Mahnı-musiqi müsabiqəsinin qaliblərinə Qazax Rayon Gənclər və İdman İdarəsi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
GOYEZEN.AZ Geri qayıt |