Əsas Səhifə > Mədəniyyət > “Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda mühazirələr oxunub

“Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda mühazirələr oxunub


2-03-2020, 18:37


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2020-ci il üçün təsdiq olunmuş tədbirlər planına əsasən Ulu Öndər Heydər Əliyev irsinin təbliğ edilməsi məqsədilə il ərzində rayonun orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinə mühazirələr oxunması nəzərdə tutulub. Bu məqsədlə Mərkəzdə növbəti mühazirələr Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin XI sinif şagirdləri və Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin VIII sinif şagirdləri üçün oxunub. "Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda oxunan mühazirələrdə Ulu Öndərin mövzu ilə bağlı gördüyü işlərə bir daha nəzər salınıb.

Mühazirəni aparan Mərkəzin direktoru Ceyhunə Hüseynova bildirib ki, Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı etnik soyqırım və əsassız ərazi iddialarının qarşısı daim Dahi siyasətçi Heydər Əliyev tərəfindən qətiyyətlə alınmış, Onun Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğısı nəticəsində o dövrlərdə erməni millətçilərinin cəhdləri həmişə boşa çıxmışdır. Çünki Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsi idi ki, xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə Dağlıq Qarabağın əhalisində milli ruhun oyanması güclənmişdi. Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Lakin Heydər Əliyevin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qətiyyətlə alınmış, ermənilərin əsassız iddiaları həmişə iflasa uğramışdır. Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər sonralar Azərbaycanın milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. 1993-cü ilin II yarısında Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın milli mənafelərinin qorunması məqsədilə özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Yeni siyasi kursu həyata keçirmək üçün isə ilk növbədə müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni siyasi kursun ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı. Məhz Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.

Sonra şagirdlər Muzeyi ekskursiya edərək yaxından tanış olublar. Mərkəzin baş fond mühafizi Səidə Qocayeva məktəblilərə Ulu Öndərin mənalı həyatı və siyasi fəaliyyəti haqqında dolğun məlumatlar çatdırıb.







GOYEZEN.AZ


Geri qayıt