Əsas Səhifə > Mədəniyyət > “20 Yanvar - şərəf və qəhrəmanlıq tariximizdir" adlı ədəbi-bədii kompozisiya keçirilib

“20 Yanvar - şərəf və qəhrəmanlıq tariximizdir" adlı ədəbi-bədii kompozisiya keçirilib


11-01-2020, 15:09


Bu gün Qazax Rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar "20 Yanvar - şərəf və qəhrəmanlıq tariximizdir" adlı ədəbi-bədii kompozisiya keçirilib.

Tədbir Mədəniyyət Mərkəzinin qarşısında Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi "20 Yanvar–xalqımızın azadlıq, müstəqillik tarixi” adlı kitab sərgisinə baxışla başlayıb.


Sobra Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə mədəniyyət işçiləri, rayon ziyalıları, şairlər, məktəblilər iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Pəri Məmmədova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 30 il ötməsinə baxmayaraq bu günü biz həmişə xatırlamalıyıq. Hər addımı gülüstana çevrilən Azərbaycan haqqında danışarkən bu günlərimiz üçün öz canlarını əsirgəməyən 20 Yanvar şəhidlərinin cəsarəti, qəhrəmanlığı əsla unudulmamalıdır. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin tarixi hadisələrə yanaşma nümunəsi hadisələrin gənc nəslin yaddaşına yazılması prosesində hər birimiz üçün tarixi bir dərsdir. Biz 20 Yanvar faciəsini Ulu Öndərin dediyi kimi təkcə faciə kimi deyil, həm də müasir tariximizin şanlı səhifələrindən biri kimi xatırlamalıyıq.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Mərkəzin mədəni təşkilatçısı Nailə Əliyeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı 20 Yanvar hadisələri haqqında fikirlərini bölüşüblər. Bugünkü gəncliyi Azərbaycanın tarixini, dünənini, keçmişini, eləcə də qan yaddaşımız olan bu cür hadisələri öyrənməyi və unutmamağı tövsiyə ediblər.

Şairlərdən Bilal Qoca, Tamella Poladlı və Gülsənəm Cəlili öz ürək sözlərini çatdıraraq 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdikləri şeirlərini oxuyublar.

Tədbir Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyevin hazırladığı musiqili ədəbi-bədii kompozisiya  ilə başa çatıb.




 

GOYEZEN.AZ


Geri qayıt