Əsas Səhifə > Mədəniyyət > Qazaxda "Heydər Əliyev məktəbi” layihəsi uğurla davam etdirilir

Qazaxda "Heydər Əliyev məktəbi” layihəsi uğurla davam etdirilir


7-11-2019, 11:05


Respublika Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı”nın və 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar Qazax rayonunda da məqsədyönlü işlər görülür. Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”lər də bu istiqamətdə həyata keçirilən təqdirəlayiq işlərdəndir.

Ümummilli Lider Heydər Əliyev irsinin təbliği və müasir tariximizin daha da dərindən öyrədilməsi məqsədilə yuxarı sinif şagirdlərinə tarix dərslərinin Heydər Əliyev Mərkəzində keçirilməsi məktəblilərin də marağına səbəb olur.

Layihə çərçivəsində növbəti "Açıq dərs” 6 noyabr tarixində Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” başlıqlı mühazirəni məktəbin tarix müəllimi Vətalət Mirzəliyeva oxuyub. Məktəblilərə Azərbaycan xalqının tarixi və milli sərvəti olan azərbaycançılıq ideologiyasının xalqımıza geri gətirilməsində böyük dövlət adamı Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılıb.

Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. MəktəblilərdənAytən Qədirova, Gülayə Yusifova xüsusilə fərqləniblər. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş olunub. "Açıq dərs” şagirdlərin muzeyi ekskursiyası ilə başa çatıb.








 

GOYEZEN.AZ


Geri qayıt