Əsas Səhifə > Manşet / Səhiyyə > Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nəcib və insanpərvər Azərbaycan qadını” mövzusunda tədbir keçirilib

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nəcib və insanpərvər Azərbaycan qadını” mövzusunda tədbir keçirilib


28-04-2022, 18:39


Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunub.

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli oftalmoloqu, peşəkar həkim Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü  ilə əlaqədar"Nəcib və insanpərvər Azərbaycan qadını” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova, xəstəxananın oftalmoloqları, səhiyyə işçiləri və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolundan bəhs edən filmin nümayişi ilə başlayıb.





Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. G.Həsənova Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan Zərifə xanım Əliyevanın zəriflik, gözəllik, nəciblik, humanistlik kimi keyfiyyətlərə malik olduğunu vurğulayıb. Akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı yolunda səmərəli xidmətlər göstərdiyini, bu sahədə olan inkişafın, yeniliklərin Zərifə xanımın adı ilə bağlı olduğunu söyləyib. Müavin G.Həsənova Zərifə xanım Əliyevanın eyni zamanda Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə addımlayan, onun qayğısına qalan, çətin günlərdə ona arxa-dayaq olan və bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyan zərif bir ailə başçısı olduğunu vurğulayıb. Zərifə xanımın həm də İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan, qalib lider yetişdirən bir ana kimi bütün analara örnək və nümunə olduğunu bildirib. İllər ötsə belə Zərifə xanımın oftalmologiya elminin inkişafı istiqamətində gördüyü işlərin daim xatırlanacağını və sonsuz minnətdarlıqla qarşılanacağını qeyd edib.  


Sonra Qazax Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqları Rəqiyyə İsmayılova, Rahilə Əhmədova, Məlahət Mustafayeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, elmi pedaqoji və nəsillərə örnək olan fəaliyyətindən danışıblar. Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, insanları zülmətdən qoparıb nura qovuşduran Zərifə xanım bizdən ayrılsa da qoyub getdiyi yadigar işıq öz aydınlığını bircə damla belə azaltmayıb. Bu işıq hər an bizimlədir. Bizə yol göstərir, şöləsinə üz tutur, istisinə isinirik.



 

GOYEZEN.AZ


Geri qayıt