Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib20-04-2022, 19:22 |
Vətəndaş amili! Heç kəsə sirr deyil ki, bu amil Respublika Prezidenti İlham Əliyev tərəfindən yürüdülən dövlət siyasətinin ana xəttini təşkil edir. Ən əsası da bu, ölkə rəhbərinin vətəndaşlara olan qayğısında, vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır. Hər kəsə o da yaxşı məlumdur ki, dövlət siyasətinin əsasında dayanan vətəndaş amili Qazax rayonunda olduğu kimi icra edilir. Bunu icra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan görmək olar. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaşların qəbulu həyata keçirilir.
Aprelin 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib. Qazax şəhər sakinləri Pərvanəliyeva Gülçöhrə Məhərrəm qızının, Əliyev İslam Babaş oğlunun, İbrahimov Rəfayıl Murafil oğlunun, Yusifova Xədicə İbrahim qızının, Məmmədova Məhəbbət Seyfəddin qızının, Xanlıqlar kənd sakini Çobanova Gülmirə Zərif qızının, Ağköynək kənd sakini Murtuzova Səbinə Avıl qızının, Daş Salahlı kənd sakini Abdullayev Kabı Məmməd oğlunun müxtəlif səpkili müraciətləri dinlənilərəkmüvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |