Bu gün əminliklə qeyd edə bilərik ki, ölkə Prezidenti
İlham Əliyevin rəhbərliyi altında son illər qəbul edilən "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları respublikanın bütün bölgələrində
uğurla icra edilir. Proqram çərçivəsində təkcə Paytaxt Bakı deyil, bütün rayonlarımız
ildən-ilə inkişaf edir. Dövlət Proqramları çərçivəsində abadlıq-quruculuq
işlərinin geniş vüsət aldığı rayonlardan biri də Qazax rayonudur. Bunu son
dövrlər rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri deməyə əsas
verir. Xüsusilə də ölkə rəhbərinin
tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax
şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin
icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet,
bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması
dediklərimizə əyani sübutdur. Belə ki, şəhərin Heydər Əliyev prospektində,
Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn
Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn,
Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə
çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər
Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5
saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad
məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli
yaşayış binalarının həyətlərində də quruculuq işləri aparılaraq "Abad
məhəllə” kimi sakinlərin istifadəsinə verilir. Bu
istiqamətdə görülmüş işlər bu il də uğurla davam etdirilir. Hazırda şəhərin Ələddin
Qədirov küçəsində, eləcə də burada yerləşən 2,3,4 saylı binaların
həyətində abadlıq işləri aparılır. Qeyd edək ki, 2019-cu ildə hər 3 binada
daxili fasadla yanaşı, binanın xaricində suvaq işləri aparılıb, göz oxşayan
rənglərlə boyanıb. Pilləkan qəfəsləri əsaslı təmir olunaraq rənglənib. Bundan
əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Blokların pəncərələri yenilənib. Blokların giriş hissəsində olan günlüklər yenidən
qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. Bundan başqa, binanın həyətində olan qarajlar suvanaraq rənglənib. Həyətdə
sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün eni 1 metr olan beton
tökülüb. Bu gün isə binaların həyətində su və kanalizasiya sisteminin çəkilişi
başa çatdığı üçün asfalt örtüyü vurulur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa
çatan və yeni asfalt örtüyü vurulan Ələddin Qədirov küçəsində
yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş işlərlə
tanış olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanan icra başçısı
aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Ölkə başçısının rəhbərliyi altında respublikamızda,
eləcə də Qazaxda genişmiqyaslı
quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə
qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə
olunur.
GOYEZEN.AZ
Geri qayıt
|