Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır

Dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır


22-01-2022, 11:38


"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bəli, bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, həyata keçirilən bütün layihələrdə, tədbirlərdə, görülən işlərdə daim öz əksini tapır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları onu deməyə əsas verir ki, dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır.  

Bu gün hər kəsə o da yaxşı məlumdur ki, bu amil Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.


Yanvarın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri, Rayon Prokuroru Rauf Gözəlovla birlikdə qayğıya ehtiyacı olan Qazax şəhər sakini Məmmədova Rəmziyə Bəhlul qızını diqqətdə saxlaması, müalicə aldığı xəstəxanada ona baş çəkməsi dövlətin vətəndaşına olan növbəti qayğısıdır. 

 

Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan 68 yaşlı Rəmziyə Məmmədovanı ziyarət edən rayon rəhbərliyi ona tək olmadığını, dövlətin, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatə olunduğunu söyləyib. Onun və himayəsində olan nəvəsinin arxasında dövlətin dayandığını bildirib. Ölkə rəhbərinin vətəndaşına olan qayğısını əldə rəhbər tutaraq hər cür dəstək olmağa hazır olduğunu vurğulayıb.  

Rəmziyə Məmmədovaona sahib çıxılmasına və göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün dövlətin onun yanında olmasının bir daha şahidi olduğunu qeyd edib.

Yaşlı anamızı xəstəxanada ziyarət edən rayon rəhbərliyi daha sonra onun Qazax şəhəri Heydər Əliyev prospekti 159 ünvanında yerləşən evinə də yerində baxış keçirib. Evin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri evin təmiri barədə adiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

 


 























GOYEZEN.AZ


Geri qayıt