2020-ci il sentyabrın 27-də Ermənistan silahlı
qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq
Azərbaycan Ordusunun başladığı sonradan "Dəmir yumruq” adlandırılan
əks-hücum əməliyyatı 44 gün davam etdi. 44 gün sonra Vətən müharibəsi təxminən
otuzillik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə
qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazandığımız və bu gün qürurla
səsləndirdiyimiz həmin tarixi Qələbə ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrda - Zəfər Günü kimi
qeyd edildi.
8
Noyabr - Zəfər Günü ölkəmizin bir çox bölgələrində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə
qeyd olunub.
Tədbirlərə
şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə start verilib. Torpaqlarımızın
azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad
edilib. Sonra şanlı Zəfərə həsr olunmuş yürüş və Vətən müharibəsi şəhidlərinin
xatirəsinə yaradılmış Abidə Kompleksinin qarşısında təntənəli bayram tədbiri təşkil
edilib.
Tədbir
başa çatdıqdan sonra şanlı Zəfərimizə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin
sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, "Şərq"
qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, "Əməkdar Jurnalist” Akif
Aşırlı, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin
ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ağacəkmə aksiyasında
iştirak ediblər.
Şəhid ailələrinin
və qazilərin də iştirak etdiyi aksiyada Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Ağköynək və Birinci Şıxlı kəndləri ərazisindən keçən hissələrində ümumilikdə 2400 ədəd (şam, çinar, göyrüş, sərv, ərik olmaqla) ağac əkilib.
Əkilən ağaclar
suvarılıb, aqrotexniki qulluq göstərilib.
GOYEZEN.AZ
Geri qayıt
|