Əsas Səhifə > Manşet / Rəsmi > Bağanıs Ayrım kənd sakinləri tərəfindən qaldırılan məsələ artıq müsbət həll olunub

Bağanıs Ayrım kənd sakinləri tərəfindən qaldırılan məsələ artıq müsbət həll olunub


18-08-2021, 19:55


Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Həyata keçirilən tədbirlər, atılan bütün addımlar bir məqsədə xidmət edir ki, bunun da arxasında vətəndaş məmnunluğu dayanır.

Qazaxda da vətəndaş mövqeyi hər zaman əsas götürülür. Rayonda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələri də daim diqqət mərkəzində saxlanılır. Onları narahat edən məsələlərə hər zaman qayğı ilə yanaşılır, ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən olduğu kimi icra edilir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən düşmən işğalına məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı ƏskiparaAşağı Əskipara kənd sakinləri ilə mütəmadi olaraq görüşməsi,onlar tərəfindən qaldırılan hər bir məsələyə qayğı ilə yanaşması bunun bariz nümunəsidir. 

 

İyunun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi Azər Salmanov, layihə üzrə sahə rəisi Toğrul Nərimanov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovla birlikdə Bağanıs Ayrım kəndindən məcburi köçkün olan Şəhidlər Xiyabanı 27 saylı binada yaşayan sakinlərlə görüşməsi, kənd sakinlərinin binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlərini dinləməsi barədə məlumat vermişdik.

Görüş zamanı sakinlərin müraciətinə həssaslıqla yanaşılması, həlli istiqamətində lazımi addımlar atılması barədə aidiyyatı üzrə müvafiq tapşırıqlar verilmişdi. Artıq sakinlərin qaldırdığı məsələ öz müsbət həllini tapıb. Belə ki, məcburi köçkünlərin müraciəti nəzərə alınaraq binadaxili su və kanalizasiya xətləri çəkilir, sayğaclar quraşdırılır.

 

Bu gün rayon rəhbəri Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin sahə rəisi Toğrul Nərimanovla birlikdə məcburi köçkünlərin məskunlaşdığı həmin binada olub, görülən işlərlə maraqlanıb.

Binada məskunlaşan sakinlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər. Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə aparılan abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət aldığını vurğulayıblar. Bunun bariz nümunəsi olaraq yaşadıqları binanın əsaslı şəkildə təmir olunmasını göstəriblər. Binanın dam örtüyünün dəyişdirilməsini, bloklarının təmir olunmasını, blokların giriş hissəsinə dəmir qapıların qoyulmasını, təmirə ehtiyacı olan köhnə pəncərələrin yeni plastik pəncərələrlə əvəzlənməsini, bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüklərinin dəyişdirilməsini və digər abadlıq işlərini bu gün də minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Müraciətlərinin nəzərə alınaraq müsbət həll olunmasını dövlət tərəfindən məcburi köçkün ailələrinə olan qayğının davamı kimi qiymətləndiriblər.



GOYEZEN.AZ


Geri qayıt