Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Siz torpaqlarımızı işğaldan azad etməklə bərabər, məcburi köçkünlərin mənəvi hisslərini də özlərinə qaytarmış oldunuz”

“Cənab Prezident, Siz torpaqlarımızı işğaldan azad etməklə bərabər, məcburi köçkünlərin mənəvi hisslərini də özlərinə qaytarmış oldunuz”


6-07-2021, 16:14


Zərbəçi Xasayev və başqalarından, 

Hörmətli cənab Prezident.

Sizin respublikamızın çiçəklənməsi və xalqımızın rifahı yolunda atdığınız addımlar, gördüyünüz işlər hər bir Azərbaycan vətəndaşı kimi, biz məcburi köçkünlərin də ürəyini qürur və fəxarət hissi ilə doldurur. Məcburi köçkün ailələrinə göstərdiyiniz qayğının təzahürü olaraq Sizin sərəncamlarınıza əsasən on minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Müasir qəsəbələr salınmışdır. O cümlədən Qazax rayonunda hər bir şəraiti olan qəsəbə 2016-cı ildə məcburi köçkünlərin istifadəsinə verilmişdir. Məcburi köçkünlər həyatın hər anında Sizin qayğınızı hiss edirlər.

Cənab Prezident, 44 günlük Vətən müharibəsi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun gücünü, qüdrətini, xalqımızın birliyini, bütövlüyünü bütün dünyaya nümayiş etdirdi. "Dəmir yumruq” düşmənə elə bir sarsıdıcı zərbə vurdu ki, uzun illər çətin özlərinə gələ bilərlər. Siz torpaqlarımızı işğaldan azad etməklə bərabər, məcburi köçkünlərin mənəvi hisslərini də özlərinə qaytarmış oldunuz.

Cənab Prezident, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, Azərbaycanımızın çiçəklənməsi, inkişafı və tərəqqisi yolunda yeni müvəffəqiyyətlər arzulayırıq.

Məcburi köçkünlər adından hörmətlə,

Xasayev Zərbəçi

Məmliyev Elman

Cəfərov İsrafil

Hacıyev Nüsrəddin

Hüseynov Novruz və başqaları (40 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu.       

6 iyul 2021-ci il


Geri qayıt