Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Vətən müharibəsinin şəhidi əsgər Niftalı Qocayevin ailəsini ziyarət edib
İcra başçısı Vətən müharibəsinin şəhidi əsgər Niftalı Qocayevin ailəsini ziyarət edib9-06-2021, 21:12 |
Bu gün hər kəs 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəni qürurla, fəxrlə dilə gətirir, minnətdarlıq hissi ilə qeyd edir. Bu, o müharibədir ki, Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala və soydaşlarımızın yurd həsrətinə son qoydu. Bu qələbə ilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətəni canı bahasına qoruyaraq Şəhidlik zirvəsinə yüksələn, sağlamlığını torpaq uğrunda itirən qəhrəman oğullarımız Azərbaycanın hərb tarixinə öz adlarını qızıl hərflərlə əbədi yazdılar. Vətən torpaqlarını azad etmək, düşmən üzərində qələbə qazanmaq naminə Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid əsgər Qocayev Niftalı Zakir oğludur. Bütün şəhidlərimiz kimi, Niftalı Qocayevin də xatirəsi hər zaman əziz tutulur, ailəsi daim yad olunur. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyinin əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində, eləcə də digər vaxtlarda şəhidlərimizin məzarlarını ziyarət etməsi, hər zaman şəhidlərimizin ailələrinə baş çəkməsi bu dediklərimizin əyani sübutudur. Öz ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Vətən müharibəsinin şəhidi əsgər Niftalı Qocayevin ailəsini ziyarət edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva və RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanovla birlikdə Çaylı kəndində olub, şəhidimizin ata ocağında ailəsi ilə görüşüb. Şəhidimizin ailəsi ilə səmimi söhbət edən icra başçısı igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, Niftalı kimi igid, cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Niftalının xatirəsinin daim əziz tutulacağını bildirib. Rayon rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Niftalı kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini, 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Niftalı tək oğullarımızla illər ötsə belə hər kəsin qürur duyacağını vurğulayıb.
"Ölkə Prezidenti İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdiyi qayğı hər birimiz üçün örnəkdir”, - deyən icra başçısı bugünkü
ziyarətin kökündə də dövlət qayğısının dayandığını qeyd edib.
|