Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da Nazirlər Kabinetinin
2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya
Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin
peyvənd olunması prosesi uğurla həyata keçirilir. Strategiyanın əsas
məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına,
virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Hazırda rayonda
yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi,
həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Mərkəzi
Xəstəxanasına gələrək COVID-19 əleyhinə ikinci dəfə peyvənd olunub, rayon
rəhbərinə ikinci doza vaksin vurulub.
Vaksinasiyadan
sonra gözləmə otağında gözləyən vətəndaşlarla səmimi söhbət edən icra başçısı
cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın
rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin kökündə
onların sağlamlığının dayandığını bildirib. İcra başçısı pandemiya ilə mübarizə
tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların
sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edib və ümumrayon işində hər bir
vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. İcra başçısı
pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş
xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir
vətəndaşın borcu olduğunu bildirib. Hər kəsə üzərinə düşən işin məsuliyyətini
dərk etməyi tövsiyə edib.
Məlumat üçün
bildirək ki, əhalinin COVID-19-a qarşı vaksinasiya
prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon
Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya
prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu
xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı,
nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin
daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Onu da qeyd
edək ki, bu günədək Qazax rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və
65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 14056 doza
vaksin vurulub. Bundan 1211 nəfərdə
isə koronavirus infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılıb.
GOYEZEN.AZ
Geri qayıt
|