Şəhidlərimizi tanıyaq
və tanıdaq-------------------------------
27
sentyabrdan başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, ölkə Prezidenti
İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi
və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan
bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali
Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində
üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. "Qarabağ
Azərbaycandır!” deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan
Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər
yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları
bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması
üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi
birləşdilər. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb
tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar.
Torpaqlarımızın
qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik
zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq
borcudur.
Azərbaycanın
müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca
zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov
Nəbi Hacıbala oğludur.
Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə
Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov
adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2006-cı ildə
həmin məktəbin 8-ci sinfini bitirmişdir. Elə həmin il Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil
almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir
il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki
biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır. Xüsusi Təyinatlı
Qüvvələrin "N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin
müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına
şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci
Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İkinci
Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə
yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən
yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra iki medala da layiq
görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin
15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə
təltif olunmuşdur.
Bu gün bizim qürur mənbəyimizə çevrilən
şəhidlərimizlə hər birimiz fəxr edirik. İgidliyi, mərdliyi, cəsurluğu, Vətən
uğrunda candan keçməyin nə olduğunu Nəbi Hüseynov kimi igid Vətən oğullarının
timsalında görürük. Nə qədər ki, Azərbaycan xalqı var, Nəbi kimi Şəhidlik
zirvəsinə ucalan oğullarımız bizim qəlbimizdə əbədi yaşayacaq. Ruhun şad,
məkanın cənnət olsun igid Vətən oğlu!.
GOYEZEN.AZ
Geri qayıt
|