Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi Fərəhlidə yaşayan sakinlər Ali Baş Komandanın və Ordumuzun yanında olduqlarını bildirirlər

Sərhəd kəndi Fərəhlidə yaşayan sakinlər Ali Baş Komandanın və Ordumuzun yanında olduqlarını bildirirlər


20-10-2020, 17:08


Hüseyn Həsənov və başqalarından, 

Hörmətli cənab Prezident.

Bizim yaşadığımız Qazax rayonunun Fərəhli kəndi iki tərəfdən Ermənistanla sərhəddə, rayon mərkəzindən 25 kilometir məsafədə yerləşir. Kəndin əhalisi 1992-ci il iyunun 8-dən məcburi köçkün kimi qeydə alınaraq, rayonun müxtəlif ərazilərində məskunlaşmışdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra sərhəd kəndlərinə çox böyük diqqət və qayğı göstərdi, mənfur qonşularımız tərəfindən dağıdılmış evlər 1993-1994-cü illərdə bərpa olundu və kənd əhalisi öz evlərinə qayıtdı.

Hörmətli Prezident, Sizin ölkə əhalisinin sosial rifahının yüksəldilməsi üçün gördüyünüz işlərin miqyası gündən-günə genişlənir. Sosial sahədə atılan hər bir addım Azərbaycan vətəndaşlarının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bir ildə iki böyük paket çərçivəsində ölkədə minimum əməkhaqqı iki dəfə artırılıb. Digər sahələrdə də keçirdiyiniz islahatlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması göstərir ki, ölkəmiz dinamik inkişaf etməkdədir. Son bir neçə ildə Qazax rayonunun bütün kəndlərində çox böyük işlər görülmüşdür. Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, yolların əsaslı təmiri, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni polis məntəqələrinin tikintisi, içməli su xətlərinin çəkilməsi, subartezian quyularının qazılması, mərkəzi xəstəxananın tikintisi, qaz xətlərinin yenilənməsi, elektirik xətlərinin SİB kabellə əvəz olunması, Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması və görülmüş bütün işlər buna əyani sübutdur. Hazırda bu işlər davam etdirilir.

Hörmətli cənab Ali Baş Komandan, biz, Qazax rayon Fərəhli kənd sakinləri hər dəfə doğma torpaqlarımızın düşməndən azad edilməsini Sizin televiziya ilə çıxışlarınızdan izləyərək sevinir və alqışlayırıq. Bildirmək istəyirik ki, bu tarixi günlərdə Fərəhli kəndinin qəhrəman övladları da torpaqlarımızın işğalçı düşməndən təmizlənməsində iştirak edirlər. Yaşımızdan asılı olmayaraq, hər birimiz torpaqlarımızın işğalçı düşməndən təmizlənməsi üçün Sizin əmrinizə hazırıq.

Ölkəmizin yaşadığı bu zəfər günlərində düşmənlə 30 kilometr sərhədi olan Fərəhli kəndinin avtomobil yolunda yenidənqurma işləri aparılaraq asfalt örtüyü vurulur. Bu isə Sizin ən çətin vaxtlarda belə, əhalinin qayğısına qaldığınızın baris nümunəsidir.

Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizə apardığınız bu haqq savaşında və bütün işlərinizdə uğurlar arzulayaraq, Fərəhli kəndinin əhalisi adından Allahdan Sizə və xalqımıza zəfər diləyir, əsgərlərimizə dua edirik. Sizdən Qələbə müjdəsi gözləyirik.

Ulu Tanrı Sizi və xalqımızı qorusun.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Həsənov Hüseyn

Məmmədov Hacı

Həsənov Kamal

İsgəndərov Alı

Məmmədov Mustafa

Daşdəmirov Kərim

Həsənov Alı

Abdullayev Mustafa

Vəliyev Nəsimi

Daşdəmirov Eltun

İsmayılov Qəzənfər

Azərbaycan Respublikası, Qazax rayonu, Fərəhli kəndi.


Geri qayıt