Əsas Səhifə > Manşet / Təhsil > Məktəb direktoru ölkə Prezidentinə minnətdarlıq məktubu ünvanladı
Məktəb direktoru ölkə Prezidentinə minnətdarlıq məktubu ünvanladı15-09-2020, 11:30 |
Hörmətli cənab Prezident. Sizin ölkəmizə rəhbərlik etdiyiniz ilk illərdən təhsilə, bu sahədə çalışan insanlara, müəllim əməyinə verdiyiniz yüksək qiymət hər bir təhsil işçisi tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Ulu öndər Heydər Əliyevin söylədiyi "Təhsil millətin gələcəyidir” fikrini bu gün Siz öz əməli işlərinizlə təsdiq edirsiniz. Ölkəmizin hər yerində yeni-yeni məktəblərin inşası, köhnələrinin əsaslı şəkildə yenidən qurulması istiqamətində imzaladığınız çoxsaylı sərəncamlar Ümummilli Liderin ideyalarına sadiqliyinizin və təhsilimizin inkişafı naminə gördüyünüz işlərin bariz nümunələridir. Cənab Prezident, bu il martın 3-də Qazax rayonuna səfəriniz bütün qazaxlılar kimi, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin kollektivi üçün də əlamətdar oldu. Səfərinizdən sonra məktəb-lisey üçün yeni binanın tikilməsi barədə Sərəncamınız isə təhsil ocağının kollektivini ikiqat sevindirdi. Cənab Prezident, təhsil sahəsinə olan qayğınıza, M.Hüseyn adına məktəb-lisey binasının yenidən qurulmasına görə rəhbərlik etdiyim kollektiv adından Sizə dərin minnətdarlığımı bildirirəm. Hörmətlə, Comərdova Tahirə Valodya qızı, Qazax şəhəri Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru. Azərbaycan Respublikası, Qazax şəhəri. Geri qayıt |