Əsas Səhifə > Manşet / Sosial > Sərhəd kəndi olan Qaymaqlıda yeni tikilən məktəbdən -

Sərhəd kəndi olan Qaymaqlıda yeni tikilən məktəbdən -


23-08-2020, 16:37


Son illər Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı, bu qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazax rayonunda da öz real əksini tapır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının Qazaxın timsalında daha bir bariz nümunəsidir. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, yenə də Fond tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan 5 mart, daha sonra məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanmış Sərəncama dəyişiklik edilərək sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.  
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbdir ki, Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur.
Bu ilin yanvar ayından tikintisinə başlanılan yeni məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılır. Zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarətdir. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa edilir. Birinci mərtəbədə hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8 olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək.
Məktəbin müəllim-şagird kollektivi, eləcə də valideynlər düşmənlə sərhəddə yerləşən Qaymaqlı kəndində yeni məktəb binasının tikilməsini bu gün də razılıq hissi ilə qarşılayırlar. Təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Hazırda tikintisi davam edən Qaymaqlı kənd tam orta məktəbdən yeni görüntüləri təqdim edirik.













 









 

GOYEZEN.AZ


Geri qayıt