Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovla birlikdə əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr
evi-uşaq bağçasında olub.
Son illər ölkə Prezidenti cənab İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən
dövlət qayğısını yüksək qiymətləndirən millət vəkili Səməd Seyidov bu qayğının
Qazaxda da hiss olunduğunu bildirib. Son illər dövlət başçısının diqqət və
qayğısı sayəsində rayon rəhbərliyi tərəfindən Qazaxda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün həyata
keçirilən tədbirləri, görülən işləri razılıq hissi ilə qarşılayıb.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda mövcud olan 25
körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə
cavab verən səviyyəyə çatdırıldığını və bu istiqamətdə görülən işlərin bu gün də
davam etdirildiyini bildirib. Kənddə təmirə ehtiyacı olan üçüncü bağçanın - 35 yerlik Kosalar kənd 1 saylı körpələr
evi-uşaq bağçasının da əsaslı şəkildə
yenidən qurulduğunu, hazırda bağçanın dam örtüyünün vurulduğunu, yaxın günlərdə də suvaq və digər
işlərə start veriləcəyini qeyd edib.
Bağça müdiri Şəfaqət Musayeva
uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını tərbiyəçilərin,
valideynlərin və uşaqların bu gün də böyük sevinc hissi ilə qarşıladıqlarını vurğulayıb.
Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv, eləcə də valideynlər
adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə bir daha dərin minnətdarlığını
çatdırıb.
Daha sonra rayon rəhbəri və millət vəkili Səməd Seyidov bağçanın
qarşısında yerləşən 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının
və kənd şəhidlərinin xatirəsini əbədiləşdirən abidələrə də baxış keçiriblər. Burada
da abadlıq və quruculuq işlərinin aparılacağı, daha müasir görkəmə salınacağı
qeyd olunub.
GOYEZEN.AZ
Geri qayıt
|