Əsas Səhifə > Manşet / Gənclər > Millət vəkili Səməd Seyidov qazaxlı gənclərlə onlayn şəkildə görüşüb

Millət vəkili Səməd Seyidov qazaxlı gənclərlə onlayn şəkildə görüşüb


22-07-2020, 22:17


Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov qazaxlı gənclərlə onlayn şəkildə görüşüb.
Videoformatda keçirilən görüşdə Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva, Qazax RİH başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova, deputatın köməkçisi Akif Əmirov, rayonda fəaliyyət göstərən Gənclər və İdman İdarəsinin, "Gənclər evi” sosial xidmət müəssisəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri, Gənclərin Məşvərət şurasının üzvləri, Bakı Dövlət Unversitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatlarının sədrləri və tələbələri, fəal gənclər iştirak ediblər. 100-ə yaxın gəncin qatıldığı görüşdə son günlər ölkəmizdə baş verən hadisələrdən danışlıb, iştirakçılar fikirlərini bölüşüblər.


Millət vəkili Səməd Seyidov giriş sözü ilə çıxış edərək görüş iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən, həmin döyüş zamanı Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabdan söz açan millət vəlkili həmin döyüşdə şəhid olan igid Vətən oğullarına Allahdan rəhmət diləyib, ailələrinə bir daha başsağlığı verib. Düşmən təxribatının qarşısını alarkən yaralanmış hərbçilərimizə tez bir zamanda sağalıb yenidən ordu sıralarına qayıtmağı arzulayıb. Tovuz döyüşlərində həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına şəhid olduğunu bildirən millət vəkili bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını qeyd edib.
S.Seyidov bildirib ki, döyüş zamanı düşmən mərmilərini, toplarını bizə tuşlayaraq bizim birliyimizə, gələcəyimizə, gəncliyimizə faktiki olaraq zərbə vurmağa çalışır. Lakin düşmən nə qədər istəsə belə öz niyyətinə çata bilməyəcək. Çünki Azərbaycan gəncliyi çox yüksək səviyyədə öz davranışı, fikirləri, münasibətləri ilə düşmənə zərbə vurmağı bacarır. Hər zaman olduğu kimi, bu dəfə də tək döyüş meydanında deyil, söz meydanında da əsl birlik, həmrəylik nümayiş etdirirlər. Qazaxda seçicilərlə olan görüşlərdə də bunun bir daha şahidi oldum. İstər kəndlərdə, istərsə də şəhərdə olan görüşlərdə gəncləri dinləyərkən bir daha əmin oldum ki, bu gün düşmənlə 168 km sərhədi olan Qazaxda sağlam düşüncəyə, əqidəyə sahib, ürəyi daim Vətən eşqi ilə döyünən gənclər ordusu yetişir. O gənclər ordusu ki, hər zaman ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli!” əmrini səbirsizliklə gözləyirlər.

 

Son illər Azərbaycanın beynəlxalq sahədə qazandığı nailiyyətlərdən, böyük dövlətlərlə olan əməkdaşlıqlarından söz açan deputat bütün bunların ölkəmizin gücünü, qüdrətini, dövlətlər arasında söz sahibi olmasını göstərən amillər olduğunu qeyd edib. S.Seyidov Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini, həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Xüsusilə də tədbirdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsini ölkəmiz adına atılan uğurlu addımlardan biri hesab edib. Həmin təşəbbüsün həm QH ölkələri, həm də digər BMT-yə üzv olan 130-dan çox dövlət tərəfindən dəstəklənməsini ölkəmizin növbəti uğuru kimi vurğulayıb. Və təbii ki, bu uğurun mənfur düşmənimiz tərəfindən birmənalı şəkildə qarşılanmadığını, məkrli niyyətlərini işə salmaq üçün bir bəhanə rolunu oynadığını və Tovuz hadisələrinin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Ermənilərin Tovuzda kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ziyan vurmasını ölkəmizə qarşı törədilən növbəti təxribat və edilən təcavüz kimi qiymətləndirib.
S.Seyidov Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insanın Şəhidlər xiyabanına gəlməsindən və birlik, həmrəylik nümayiş etdirməsindən də söz açıb. Təxribatçı qrupların, xaricdə oturub ölkəmizə qənim kəsilən sapı özümüzdən olan baltaların dövlətimizin gücünə, qüdrətinə kölgə salmağa, xalq-dövlət arasındakı birliyi sarsıtmağa cəhd etdiklərini də diqqətə çatdırıb. Lakin nə mənfur düşmənlərimizin, nə də həmin o ünsirlərin öz istəklərinə çata bilmədiklərini, Azərbaycanla bağlı yalan məlumatları, həqiqəti əks etdirməyən dezinformasiyaları istədikləri kimi çatdıra bilmədiklərini qeyd edib. S.Seyidov bildirib ki, son günlər yaşananlar onu göstərdi ki, bizlər həm xaricdə oturub mənfur düşmənlərimizə havadarlıq edənlərə, həm də daxilimizdə olub həmin insanların əmrlərini yerinə yetirənlərə qarşı ikiqat mübarizə aparmalıyıq. Düşmənə imkan verməməliyik ki, xalq-dövlət arasında uçurum yaradacaq təxribatlara kənardan baxıb sevinsinlər. Millət vəkili gənclərə istər döyüş meydanında, istərsə də söz meydanında hər zaman mübariz və fəal olmağı bir daha tövsiyə edib və gələcək həyatlarında uğurlar arzulayıb.

 

Deputat köməkçisi Akif Əmirov çıxış edərək bugünükü görüşün gənclər üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək bundan sonra da mütəmadi olaraq təşkil olunacağını qeyd edib. Gənclər olaraq hər zaman dövlətin, ölkə başçısının yanında olduqlarını, xalq-dövlət birliyinə öz töhfələrini verməyə çalışdıqlarını diqqətə çatdırıb.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva çıxış edərək gərgin iş qrafikindən vaxt ayırıb gənclərlə bugünkü görüşün təşkilinə görə millət vəkili Səməd Seyidova rayon gəncləri adından minnətdarlığını bildirib. G.Quluyeva qeyd edib ki, iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması bir daha sübut etdi ki, mənfur düşmən hər zaman azərbaycanlılara qarşı məkrli niyyətdə olub. Həmin təxribat nəticəsində kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi. G.Quluyeva qeyd edib ki, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan dövlətinin öz vətəndaşının yanında olmasının şahidi olduq. "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidenti İlham Əliyevin 20 iyul 2020-ci il tarixli Sərəncamı bir daha onu göstərdi ki, ölkə başçısı, Ali Baş Komandan həmişə vətəndaşının çətin anında onun yanında olur, qayğısını əsirgəmir.

 

G.Quluyeva Tovuz hadisələrində igid Vətən oğullarının şəhid olması xəbərinin bu gün də ürəkağrısı ilə qəbul edildiyini bildirib. Şəhidlərimizlə yanaşı, yaralılarımızın olduğunu və bu gün onlara da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif oğlunun ailəsinə baş çəkməsini, qayğıları ilə maraqlanmasını göstərilən dövlət qayğısının bariz nümunəsi kimi göstərib.
Qazax RİH başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, hər zaman gənc kadrlara önəm verilməsindən söz açıb. Bu gün icra aparatında çalışan işçilərin əksəriyyətinin məhz gənc kadrlar təşkil etdiyini bildirib. T.Hüseynova qeyd edib ki, gənclərə olan qayğının nəticəsidir ki, bu gün ölkəmizdə böyük potensiala malik gənclər yetişir. Hər bir gənc çalışdığı sahədə öz ölkəsinə, xalqına layiqli vətəndaş kimi formalaşmağı qarşıya məqsəd qoyur. Ölkə rəhbərinin ətrafında sıx birləşərək onun yürütdüyü siyasətin dəstəkçisi olmağı qarşıya məqsəd qoyur və o məqsədə çatmaq üçün də var qüvvəsi ilə çalışır. T.Hüseynova çıxışında gənclərə sosial şəbəkələrdə daha fəal olmağı, ölkəmizi Azərbaycanın adına layiq şəkildə təmsil etməyi, tək döyüş meydanında deyil, söz meydanında da qalib gəlməyi bacarmalı olduqlarını bildirib və bu sahədə aktiv olmağı tövsiyə edib.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək bugünkü görüşün təşkilinə görə gənclər adından millət vəkili Səməd Seyidova təşəkkürlərini çatdırıb. E.Əfəndiyeva qeyd edib ki, bu gün gənclər əmindirlər ki, onların arxasında dayanan güclü Azərbaycan dövləti və ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən güclü ölkə Prezidenti var. Biz gənclərin də üzərinə bir məsuliyyət düşür ki, o da dövlətimizi və onun rəhbərini dəstəkləyək, əməllərimizlə, atdığımız addımlarla öz töhfəmizi verək. Bu yolda da gənclər olaraq var qüvvəmizlə çalışacağıq.

 

Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, bugünkü görüşün təşkil olunması, görüşdə səslənən fikirlər bir daha onu sübut etdi ki, Azərbaycanda sağlam düşüncəli gənclərin sırası gündən-günə genişlənir. Azərbaycan dövləti yüksək intellektə, əqidəyə sahib olan gənclərin yetişməsi üçün hər zaman bütün imkanlardan səmərəli istifadə edir, ən əsası da gənclərdən diqqət və qayğısını əsirgəmir.
Gəclərdən Şəadət Abbasov çıxış edərək onlarla təşkil olunan görüşə görə millət vəkili Səməd Seyidova səmimi təşəkkürlərini çatdırıb. Vaxt ayırıb öz dəyərli fikirlərini bölüşməsini, gənclərin fikirlərini öyrənməsini onlara olan qayğı kimi dəyərləndirib. Ziyalılarımızın fikirlərinin onlar üçün hər zaman qiymətli olduğunu, xüsusi önəm daşıdığını qeyd edib. Həmişə olduğu kimi, bundan sonra da bir gənc olaraq dövlətçilik naminə var qüvvəsi ilə çalışacağını bildirib.  


GOYEZEN.AZ


Geri qayıt