Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşüb
Millət vəkili Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşüb20-07-2020, 23:36 |
107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Səməd Seyidov seçiciləri ilə görüş keçirib. Görüş ölkədə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə riayət olunmaq şərtilə Qazax rayonunun sərhəd kəndlərindən olan Kəmərli, Məzəm, Quşçu Ayrım, Fərəhli, eləcə də Daş Salahlı, Dəmirçilər, Alpout, Abbasbəyli, Canalı, Kosalar və Hüseynbəyli kəndlərində, həmçinin, Qazax Rayon Heydər Əliyev Mərkəzində baş tutub. Mütəmadi olaraq seçiciləri ilə görüşən və problemlərin həllində fəal iştirak edən millət vəkili ilə görüşdə ümumilikdə 100-ə yaxın seçici iştirak edib. Görüş zamanı Səməd Seyidov seçicilərin təklifləri, eləcə də şikayətləri ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparılıb. Millət vəkili irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib. Bəzi məsələlər yerində araşdırılaraq həlli istiqamətində müsbət addımlar atılıb. Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlyaz İsmayılov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, YAP Qazax rayon Təşkilatının Aparat rəhbəri Paşa Hadıyev və millət vəkilinin köməkçisi Akif Əmirov da iştirak ediblər. Millət vəkili S.Seyidov belə görüşlərin gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyini və bu barədə öncədən əlavə məlumatın veriləcəyini seçicilərin nəzərinə çatdırıb. Kəmərli kəndi
Məzəm kəndi
Quşçu Ayrım kəndi
Fərəhli kəndi
Daş Salahlı kəndi
Dəmirçilər kəndi
Alpout-Abbasbəyli kənd sakinləri
Canalı kəndi
Kosalar kəndi
Hüseynbəyli kəndi
Qazax Rayon Heydər Əliyev Mərkəzi
GOYEZEN.AZ Geri qayıt |