Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı BDU-nun Qazax filialında 2019/2020-ci tədris ilinin onlayn yaz imtahan sessiyasının gedişi ilə maraqlanıb

İcra başçısı BDU-nun Qazax filialında 2019/2020-ci tədris ilinin onlayn yaz imtahan sessiyasının gedişi ilə maraqlanıb


6-07-2020, 21:12


Təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlətçilik strategiyası və onun ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədi Azərbaycan respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı, peşəkar mütəxəssis vətəndaşlar hazırlamaqdan ibarətdir. Respublikanın ali təhsil müəssisələri tərəfindən mövcud konsepsiyanın reallaşdırılması istiqamətində ciddi addımlar atılır. Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi də bu sahədə fəaliyyətlərini lazımi səviyyədə qurublar. BDU-nun rektorunun əmrini rəhbər tutaraq filial dirktorunun müvafiq əmri ilə 16.06.2020-10.07.2020-ci il tarixlərində bakalavr səviyyəsi və magistratura üzrə yaz imtahan sessiyasının keçirilməsi nəzərdə tutulub. İmtahan sessiyasının mütəşəkkil təşkili, keçirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə imtahanlara nəzarət komissiyası, Qərargah və Appelyasiya komissiyası yaradılıb. Eyni zamanda valideynlərə, ictimaiyyət nümayəndələrinə və KlV-lərə imtahanların gedişi prosesini izləmək üçün bütün imkanlar yaradılıb.
 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov BDU-nun Qazax filialında olub, 2019/2020-ci tədris ilinin onlayn yaz imtahan sessiyasının gedişi ilə maraqlanıb.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov yaz imtahan sessiyası barədə məlumat verərək bildirib ki, tədris planına uyğun olaraq əyani şöbə üzrə 49 qrupda 277, qiyabi şöbə üzrə 10 qrupda 51, magistraturada isə 2 ixtisas üzrə 10 imtahan keçiriləcək (cəmi: 338 imtahan). Sessiya imtahanlarında bakalavriat səviyyəsi üzrə əyani 1098 tələbə, qiyabi 129 tələbə, magistratura üzrə 2 tələbə, buraxılış kursu və passiv 12 tələbə iştirak edir (cəmi: 1241). Filial direktoru hazırda əyani şöbədə bakalavriat səviyyəsi üzrə 206, qiyabi şöbədə 17 və magistratura üzrə 8 imtahan keçirildiyini bildirib. A.Rüstəmov koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq karantin rejimi qaydalarına əməl olunmaqla filialda imtahanların onlayn qaydada təşkil edildiyini vurğulayıb. Keçirilmiş imtahanların nəticələrinin yüksək, tələbələrin də onlayn imtahanlarda fəal iştirak etdiklərini qeyd edib. Filial direktoru daxil olan müraciətlərin operativ qaydada Qərargahda araşdırıldığını da diqqətə çatdırıb. İmtahan sessiyasının davam etdiyini, sessiya dövründə BDU, eləcə də digər strukturlarla mütamadi olaraq onlayn əlaqələrin qurulduğunu bildirib.
 
Filialın əməkdaşları ilə səmimi söhbət edən icra başçısı bütün dünyada tüğyan edən koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət başçısının rəhbərliyi altında görülən işlərdən danışıb. Martın 3-dən başlayaraq təhsil ocaqlarının fəaliyyətinin dayandırılmasını müəllimlərin, şagirdlərin, tələbələrin sağlamlığının qorunması istiqamətində atılan ən vacib addımlardan biri kimi qiymətləndirib. Rayon rəhbəri ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən bütün işlərdə bu gün də vətəndaş amilinin dayandığını bildirib. İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunmasının və tibbi maskadan istifadənin zəruri olduğunu, gigiyenik qaydalara düzgün riayət olunmasının vacibliyini vurğulayıb. Bununla əlaqədar bəzi tapşırıq və tövsiyələrini verib. Keçirilən yaz sessiyasında müəllim və tələbələrə sonda bir daha uğurlar arzulayıb.   



 
GOYEZEN.AZ


Geri qayıt