Bu gün Qazax Rayon İcra
Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva başda olmaqla icra aparatında çalışan bütün qadınları bayram
münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Bildirib
ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti,
qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını
uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi
dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Bu
gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm
xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin
yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Rayon rəhbəri qeyd edib ki ümummilli
lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində qadına diqqət və qayğı hər
zaman mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün ölkə başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin,
adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə
Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük
işlər görmüşlər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və
uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil
dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin,
ədəbiyyatın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişlər.
İcra başçısı bildirib ki,
biz bu gün fəxrlə deyə bilərik ki, qazaxlı qadınlar da həmişə öz üzərlərinə
düşən vəzifələri ləyaqətlə yerinə yetirərək ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçıları olublar.
Rayonumuzun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini deyir
və milli maraqlara söykənən mövqelərini nümayiş etdirirlər. Bu ənənə bu gün də
davam etdirilir və qadınlar böyük qüvvə olduqlarını əməli işləri ilə sübut
edirlər.
Tədbirdə qadınlara gül
dəstələri və hədiyyələr təqdim olunub.
Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov sonda bir daha qadınları əlamətdar gün münasibətilə
təbrik edib, ən səmimi arzularını çatdırıb.
GOYEZEN.AZ
Geri qayıt
|