Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndi Qaymaqlıda səyyar görüş keçirilib
Sərhəd kəndi Qaymaqlıda səyyar görüş keçirilib16-01-2020, 19:45 |
Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüş rayonun sərhəd kəndi olan Qaymaqlıda keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə yola saldığımız 2019-cu ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb, həmçinin sakinləri narahat edən məsələlər dinlənilib, qayğılarla maraqlanılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq yenicə qədəm qoyduğumuz 2020-ci ilin gəlişi münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Yola saldığımız ildə əldə olunan nailiyyətlərin bu il də uğurla davam etdiriləcəyini bildirib. 2019-cu ildə proqrama uyğun olaraq Qaymaqlı kəndində 7 dəfə səyyar görüşdə olduğunu qeyd edən icra başçısı bu cür görüşlərin bu il də mütəmadi olaraq keçiriləcəyini vurğulayıb. İcra başçısı bildirib ki, həmişə olduğu kimi, bugünkü səyyar görüşün də məqsədi sakinlərin qayğılarını dinləmək, sizlər tərəfindən qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində əməli işlər görməkdir. Bu görüşün vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulamaqdır. Ölkə rəhbərinin də söylədiyi kimi dövlət məmurlarının əsas vəzifəsinin xalqa xidmət olduğunu göstərməkdir. Rayon rəhbəri ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, apardığı kadr islahatından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısından da danışıb. 2019-cu ilin istər iqtisadi, istərsə də kadr islahatları baxımından yadda qalan bir il olduğunu qeyd edən icra başçısı ölkə rəhbərinin düşünülmüş siyasəti nəticəsində 2018-ci ilin sonları və 2019-cu ildə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlardan söz açıb. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də 2019-cu il ərzində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaşların rifah halına yönələn islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib. İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. İcra başçısı Respublika Prezidentinin diqqət və qayğısı sayəsində yola saldığımız 2019-cu ilin respublikamız, eləcə də Qazax rayonu üçün abadlıq-quruculuq ili kimi, uğur və nailiyyətlərlə zəngin bir il kimi yadda qaldığını bildirib. İl ərzində xeyli sayda işlərin görüldüyünü, ən əsası da rayon üçün böyük əhəmiyyət daşıyan layihələrin məhz 2019-cu ildə öz müsbət həllini tapdığını söyləyib. Rayon rəhbəri qeyd edib ki, əsas məsələlərdən biri 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləridir ki, uğurla davam etdirilir. İcra başçısı Ağköynək və Qarapapaq kəndlərinin də su və kanalizasiya sisteminin yenidən qurulmasını kənd sakinlərinə olan dövlət qayğısı kimi göstərib. Ölkə başçısının təhsilə olan yüksək diqqət və qayğısından söz açan icra başçısı 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan qayğı kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsi kimi göstərib. İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində saxlanıldığını bildirib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını gələcəyimiz olan uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Qaymaqlı kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və Qaymaqlı kəndində də nəzərdə tutulduğunu vurğulayıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin tam başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi, sərhəddə yerləşən Qaymaqlı kəndində də SİP kabelləşmə aparılacağını bildirib. Görüşdə erkən nikahlar və narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını vurğulayıb. Kənd sakinlərindən Elvin Binnətov, Samir Abdurrəhmanov, Minarə Vəliyeva, Məleykə Əliyeva, Kazım Kazımov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Qaymaqlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara, xüsusilə də sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə Mədəniyyət evinin tikintisi, SİP kabelləşmənin aparılması, Kür çayından qidalandırıcı xəttin çəkilməsi, içməli, eləcə də suvarma suyu və digər məsələrlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. İşlə bağlı müraciət edən sakinlərə isə "Saloğlu” mebel firmasında və kənddə aparılacaq məktəb tikintisində müvafiq iş yerləri təklif olunub.
GOYEZEN.AZ Geri qayıt |