Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında yaradılmış süni göldəki mövcud vəziyyətlə maraqlanıb
İcra başçısı Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında yaradılmış süni göldəki mövcud vəziyyətlə maraqlanıb22-10-2019, 21:14 |
Qazaxda bir müqəddəs ünvan var: Heydər Əliyev parkı. 1998-ci ildə Ümummilli Liderin anadan olmasının 75 illik yubileyi münasibətilə şəhərin mərkəzində salınmış bu park bu gün də öz gözəlliyi ilə insanları valeh edir. Gözəl və əlverişli bir coğrafi ərazidə yerləşən bu istirahət mərkəzində ilk növbədə Ulu Öndər Heydər Əliyevin əzəmətli və möhtəşəm heykəli diqqəti cəlb edir. Parkın ərazisində 2008-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzi isə nəinki rayon sakinlərinin, eləcə də Qazaxa gələn hər bir qonağın sevə-sevə ziyarət etdiyi müqəddəs bir məkandır. Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən mərkəzdə planetarium fəaliyyət göstərir ki, bu da hər kəsin böyük marağına səbəb olur. Parka gələn hər bir insan uca sərv ağaclar ilə əhatələnmiş böyük bir yaşıllıq qoynuna düşür. Ağstafa çayının sağ sahilində salınmış 4 hektar ərazini əhatə edən parkın gözəl təbiət mənzərəsi, bir o qədər sahədə yaradılmış süni göl isə bura xüsusi gözəllik verir. Rayon rəhbərliyi bütün sahələrdə olduğu kimi, dahi şəxsiyyətin adını daşıyan bu parkda olan səliqə-sahmanı, sakinlərin rahatlığı üçün yaradılan şəraiti hər zaman diqqət mərkəzində saxlayır. Xüsusilə də son vaxtlar süni göldə suyun səviyyəsinin aşağı olması ilə bağlı yaranmış mövcud vəziyyətin aradan qaldırılması sahəsində təqdirəlayiq işlər görülür. Belə ki, süni göldə suyun səviyyəsinin yuxarı olması və gölün əvvəlki vəziyyətinin bərpa olunması üçün xüsusi bəndin yaradılması bunun əyani sübutudur. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ulu Öndər adını daşıyan həmin parkda olub, burada yaradılmış birinci süni göldəki mövcud vəziyyətlə maraqlanıb. Süni göldə su axının qarşısını almaq məqsədilə yaradılmış bəndə baxış keçirib. Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə göldə görüləcək işləri bir daha müzakirə edib. Bundan əlavə, göldə təmizlik işlərinin aparılmasını, daim nəzarətdə saxlanılmasını qeyd edib və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı nəinki göldə, eləcə də bütün park ərazisində səliqə-sahman yaradılmasını, insanların asudə vaxtlarını təmiz bir məkanda keçirmələri üçün təmizlik işlərinə hər zaman xüsusi önəm verilməsini diqqətə çatdırıb.
GOYEZEN.AZ Geri qayıt |