Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda Rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupunun fəaliyyəti müzakirə olunub

Qazaxda Rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupunun fəaliyyəti müzakirə olunub


29-06-2019, 18:18


Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Son 15 ildə ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı sərəncamlar ölkədə təhsil sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bu gün bu fikirlər 2016-cı ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi qrupunun 2016-2017, 2017-2018 və 2018-2019-cu tədris illərində rayon məktəblərində apardığı monitorinqin nəticələri ilə bağlı keçirilən tədbirdə səslənib.

Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə RİHB aparatının məsul işçiləri, Təhsil şöbəsinin əməkdaşları, işçi qrupunun üzvləri, məktəb direktorları, direktor müavinləri, Əməkdar müəllimlər, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqal və ziyalılar, kəndlər üzrə işçi qrupunun üzvləri, KİV nümayəndələri iştirak edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamıdır. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.

İcra başçısı bildirib ki, hər kəsə yaxşı məlumdur ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Rayonumuzda bunun üçün lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar çalışır. Şagirdlər də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə edir, sevindirici nəticələr qazanırlar. Zaman-zaman təhsil sahəsində möhkəm zəmin yaranmış, sağlam bünövrə daha da möhkəmlənmiş, məktəblərdə qabaqcıl ənənə formalaşmışdır.

Rayon rəhbəri bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahənin daha da qabaqcıl olması üçün icra başçısı kimi mən fəaliyyətə başladığım ilk gündən təhsil sahəsinə diqqət və qayğı ilə yanaşmışam. Təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm. Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilmişdir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə təhsil almaları üçün yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşmışdır. Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu göstəricilər qazanılmışdır.

 

İcra başçısı qeyd edib ki, təhsil sahəsi ilə bağlı əldə etdiyimiz ən uğurlu göstəricilərdən biri də işçi qrupunun yaradılması oldu. İşçi qrupunun yaradılmasında əsas məqsəd məktəbləri nəzarətdə saxlamaq deyil, əksinə təhsil sahəsinin inkişaf etdirilməsi idi. İstəyimiztəhsilin keyfiyyətinin artırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasını təmin etməkdir. Bundan əlavə, şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirmək idi. Eyni zamanda, məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaq idi. Ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərdi ki, biz bu istəyimizə çatdıq. 2016-2017, 2017-2018 və 2018-2019-cu illər üzrə işçi qrupunun yüksək fəaliyyəti sayəsində təhsilin keyfiyyətinin artırılmasına, məktəblə İcra Hakimiyyəti arasında sağlam əlaqələrin qurulmasına nail ola bilmişik. 

Qazax Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək ölkə başçısının və rayon rəhbərliyinin təhsil sahəsinə olan diqqət və qayğısından söz açıb. Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğurun ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniliklər olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Ölkə Prezidentinin qayğısı, Təhsil Nazirliyinin təhsilin daha da inkişafı naminə həyata keçirdiyi çox mühüm işlər hesabat dövründə qarşıya qoyulmuş vəzifələrin həllində əsas rol oynamışdır.

2018-2019-cu tədris ilinin göstəriciləri haqqında məlumat verərək bildirib ki, ötən tədris illərində olduğu kimi 2018-2019-cu tədris ilində də rayonun ümumtəhsil məktəblərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi,uğurlu nəticələrin əldə olunması üçün səmərəli  keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarının səfərbər edilməsi daim diqqətdə saxlanılmış, "Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati tədbirlər cari tədris ilində də davam etdirilmişdir.

Bildirib ki, qeyd olunan tədris ilində rayon Təhsil şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 12882, o cümlədən 1048 nəfər məktəbəhazırlıq qrupunda təhsilə cəlb edilmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 1685 nəfər müəllim məşğul olmuşdur. Rayonun ümumtəhsil  məktəblərində 621 nəfər texniki işçi fəaliyyət göstərmişdir.

N.Babanlı qeyd edib ki, bu gün Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük qayğı göstərir. Təhsil  islahatlarına başlanıldığı vaxtdan məktəb tikintisi prioritet sahəyə çevrilmişdir. Xüsusilə  Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu sahədə çox mühüm nailiyyətlər əldə olunmuşdur. Bunun nəticəsidir ki, hətta, ən ucqar dağ kəndlərində belə, yeni təhsil ocaqları tikilərək istifadəyə verilib. Sosial-iqtisadi vəziyyətin çətin olduğu dövrdə də  məktəb tikintisi diqqətdən yayınmır, yeni məktəblər inşa edilir, əsaslı təmir işləri həyata keçirilir.

Natiq Respublika Prezidenti İlham Əliyevin dəstəyi və qayğısının nəticəsi olaraq, 2018-2019-cu tədris ilində Qazax rayonunda ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirildiyini də bildirib. Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin əsaslı şəkildə təmir edilərək şagirdlərin və pedaqoji kollektivin ixtiyarına verilməsini bu sahədə olan uğurlu göstəricinin əyani sübutu kimi qiymətləndirib.

 

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Respublika Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırıldığını diqqətə çatdırıb. 2016-2017-ci tədris ilində Təhsil Nazirliyinin "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” müvafiq əmrinin icrasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Rayonun ucqar kənd məktəblərində işləyən 41 nəfər müəllimə H-1 və H-2 istiqamətlər üzrə həvəsləndirmə tədbirləri şamil edildiyini söyləyib. Ümumilikdə müəllimlərin işə qəbulu müsabiqəsindən keçən 51 nəfər gənc müəllimin rayonun ümumtəhsil məktəblərində ixtisaslarına uyğun olaraq işlə təmin olunduğunu, onlardan 27 nəfərin Qazax rayonunda qeydiyyatda olan fənn müəllimləri olduğunu diqqətə çatdırıb. 2017-2018-ci tədris ilində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə uyğun olaraq 2018-2019-cu tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 8 may 2018-ci il № F-346 saylı əmrinə uyğun olaraq 2018-2019-cu tədris ilində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsindən keçən 41 nəfər gənc müəllimin Qazax rayonunun ümumtəhsil məktəblərində ixtisaslarına uyğun olaraq işlə təmin olunduqlarını da vurğulayıb. Onlardan 20 nəfər Qazax rayonunda qeydiyyatda olan fənn müəllimləri olduğunu bildirib.

N.Babanlı ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq məqsədilə hər il mütəmadi olaraq təşkil olunan "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində rayonumuzun təhsildə fərqlənən məktəblilərinin payız və yaz tətilində respublikamızın müxtəlif bölgələrinə ekskursiyalarının təşkil olunduğunu qeyd edib. Həmin tur-aksiyalarda məktəblilərin "Nə? Harada? Nə zaman?” adlı intellektual oyunlarda öz biliklərini yüksək səviyyədə nümayiş etdirdiklərini və yarışlardan kubok, diplom və hədiyyələrlə qayıtdıqlarını bildirib. Ötən ildən etibarən yeni bir ənənənin əsası qoyulduğunu, "Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən məktəblilərin öncə "Rayonumuzu tanıyaq” devizi altında təşkil olunan tur-aksiyada da iştirak etdiklərini qeyd edib.

Təhsil Nazirinin 5 avqust 2016-cı il tarixli 549 N-li əmri ilə uşaqların məktəbəhazırlıq təhsili ilə əlaqədar 2017-2018-ci tədris ilində 2011-ci il təvəllüdlü 5 yaşlı uşaqların 888 nəfəri 50 qrupda təhsilə cəlb edilmişdir. 2018-2019-cu tədris ilində 35 ümumtəhsil məktəbi üzrə 5 yaşı tamam olmuş uşaqların 75 %-ə qədərinin (1048 nəfər) cəlb olunduğu 56 qrup formalaşdırılmışdır. 2017-2018 və 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs aparan müəllimlər tədris ilinin avqust-sentyabr aylarında Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmiş və "Məktəbəhazırlıq qruplarında işin təşkili  metodikası və fənnin məzmunu” üzrə ixtisasartırma proqramının sertifikatlarını almışdır.

N.Babanlı dərs ili ərzində ötən tədris ilinin nəticələrinin təhlili, buraxılış siniflərinin müvəffəqiyyət və keyfiyyət göstəricisi, son 5 ildə buraxılış siniflərinin nəticələri, ali məktəblərə qəbulun nəticələri, tədris ilində 3,4,5 qiymətlərlə oxuyanların faiz göstəricisi, fənn olimpiadalarının məktəb, rayon və zona mərhələsinin keçirilməsi, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının öyrənilməsi, fənlərin tədrisi vəziyyətinin yoxlanılması, buraxılış siniflərində əlavə məşğələlərin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması məqsədilə açıq dərslərin keçirilməsi, təmayül siniflərində təhsilin təşkili, dərsdənkənar tədbirlərin keçirilməsi, istedadlı şagirdlərlə aparılan işlərin vəziyyəti, valideynlər üçün açıq qapı günlərinin keçirilməsi, fənn aylıqlarının keçirilməsi, fənn müəllimlərinin pedaqoji mühazirələrdə iştirakı, məktəb rəhbərlərinin hesabatlarının dinlənilməsi ilə əlaqədar görülən müvafiq işlər barədə də məlumat verib. Qeyd edib ki, 2017-2018-ci tədris ilində tam orta təhsil səviyyəsində təhsilini başa vuran 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuş, 49 nəfər 500-dən,19 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Cari tədris ilində məzunlarımızın qəbul olma göstəriciləri 54,15 % olmuşdur. Ötən illərin məzunlarından 55 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Tam orta təhsil səviyyəsini başa vuran 77 nəfər məzun orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Ümumi orta təhsil səviyyəsində 107 nəfər məzun orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə Qazax rayonu 2018-ci ildə Ali məktəblərə tələbə qəbuluna görə Respublika üzrə III yeri tutmuşdur. 2018-2019-cu tədris ilində Qazax rayonunun ümumtəhsil məktəblərini 702 nəfər bitirmişdir. Onlardan 456 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. 358 nəfər ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtini (Müsabiqəyə dövlət sifarişi əsasında ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər, ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan) ödəmişdir. İlkin nəticələrə görə 10 nəfər 600-dən, 25 nəfər isə 500-dən yuxarı bal toplamışdır.

 

Qazax RİHBA-da aparıcı məsləhətçi psixoloq Kəmalə Cəfərova 2016-2017, 2017-2018 və 2018-2019-cu tədris illərində işçi qrupunun təhsilin keyfiyyətinin artırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması məqsədilə məktəblər üzrə apardığı monitorinqin nəticələrinə dair geniş məruzə ilə çıxış edərək ətraflı məlumat verib. Qeyd edib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016-2017-ci tədris ilinin "Təhsildə dəyərlər ili” elan olunması ilə əlaqədar 2016-2017-ci tədris ilində təhsilin keyfiyyətinin artırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması ilə əlaqədar Qazax rayon Təhsil şöbəsinin 5 oktyabr 2016-cı il tarixli №23 saylı Əmri ilə qabaqcıl metodist və müəllimlərdən ibarət işçi qrupu yaradılmışdır. 2016/2017-ci tədris ili ərzində işçi qrupu tərəfindən rayonun 38 ümumtəhsil məktəbi üzrə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ibtidai sinif, fizika, kimya-biologiya, tarix, coğrafiya, xarici dil fənləri üzrə 268 dərs dinlənilmişdir. Dərs dinləmələr zamanı müəllimlərin təşkilati, tərbiyəvi, təlim fəaliyyəti, şagirdlərin təlim fəaliyyəti öyrənilmiş, müzakirələr aparılmış, fənn müəllimlərinə metodiki köməklik göstərilmişdir. Fənn müəllimlərindən 86 nəfərin dərsi yüksək, 169 nəfərin dərsi orta, 13 nəfərin dərsi isə zəif qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirinin 2017-2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə28 avqust 2017-ci il tarixli №261 saylı Əmrinə uyğun olaraq 2017-2018-ci tədris ilində təhsilin keyfiyyətinin artırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması ilə əlaqədar Qazax Rayon Təhsil şöbəsinin 4 oktyabr 2017-ci il tarixli № 57 saylı Əmri ilə qabaqcıl metodist və müəllimlərdən ibarət işçi qrupu yaradılmışdır. Tədris ili ərzində işçi qrupu tərəfindən rayonun 40 ümumtəhsil məktəbi üzrə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ibtidai sinif, fizika, kimya-biologiya, tarix, coğrafiya, xarici dil fənləri üzrə 392 dərs dinlənilmiş, müzakirələr aparılmış, fənn müəllimlərinə metodiki köməklik göstərilmişdir. Fənn müəllimlərindən 59 nəfərin dərsi yüksək, 177 nəfərin dərsi yaxşı, 121 nəfərin dərsi orta, 35 nəfərin dərsi isə zəif qiymətləndirilmişdir. Nəticəsi yüksək olan 59 müəllimə təşəkkür elan edilmişdir, 35 zəif nəticəsi olan müəllimə məktəb direktorları tərəfindən intizam tənbeh tədbirləri görülmüşdür. İşçi qrupu tərəfindən yüksək qiymətləndirilən gənc müəllimlər - Kosalar kənd tam orta məktəbin fransız dili müəllimi Həbibə Mustafayeva, Fərəhli kənd tam orta məktəbin ingilis dili müəllimi Humay Əfəndiyeva, Aslanbəyli kənd tam orta məktəbin kimya müəllimi Elmar İbrahimovun qabaqcıl gənc müəllimlər kimi adları qeyd edilmişdir.

Təhsil Nazirinin "Prioritet fəaliyyət istiqamətləri haqqında” F550 saylı Əmrinə müvafiq olaraq 2018-2019-cu tədris ilində təhsilin keyfiyyətinin artırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması ilə əlaqədar Qazax rayon Təhsil şöbəsinin 8 oktyabr 2018-ci il tarixli № 115 saylı Əmri ilə qabaqcıl metodist və müəllimlərdən ibarət işçi qrupu yaradılmışdır. 2018-2019-cu tədris ilinin birinci yarımilində oktyabr ayının 16-dan dekabr ayının 18-dək işçi qrupu tərəfindən rayonun 20 ümumtəhsil məktəblərində (Qazax şəhər 3,4,5 saylı, məktəb-lisey, Hüseynbəyli, Daş Salahlı 1,2 saylı, Çaylı 2 saylı, Canalı, Yuxarı Salahlı, Yuxarı Əskipara, Ağköynək, Sarıvəlli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara kənd tam orta məktəbləri, Fərəhli, Barxudarlı, Birinci Şıxlı, Qarapapaq kənd ümumi orta məktəblər üzrə) Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ibtidai sinif, fizika, kimya-biologiya, tarix, coğrafiya, xarici dil fənləri üzrə 181 dərs dinlənilmiş, onlardan 23 müəllimin dərsi yüksək,  135 müəllimin dərsi yaxşı22 müəllimin dərsi orta, 1 nəfər müəllimin dərsi isə zəifqiymətləndirilmişdir. 2018-2019-cu tədris ilinin ikinci yarımilində mart ayının 6-dan may ayının 14-dək işçi qrupu tərəfindən rayonun 20 ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ibtidai sinif, fizika, kimya-biologiya, tarix, coğrafiya, xarici dil fənləri üzrə 177 dərs dinlənilmiş, fənn müəllimlərinin təşkilati, tərbiyəvi, təlim fəaliyyəti, şagirdlərin təlim fəaliyyəti öyrənilmişdir. Onlardan 21müəllimin dərsi yüksək, 125 müəllimin dərsi yaxşı, 31 müəllimin dərsi isə orta qiymətləndirilmişdir. Zəif göstəricisi olan müəllim olmamışdır. 2018-2019-cu tədris ili ərzində cəmi 40 məktəb üzrə 358 müəllimin dərsi dinlənilmişdir. (şəhər üzrə 7ümumtəhsil məktəb, kənd üzrə 33məktəb) Ümumi nəticəyə görə 2018-2019-cu tədris ili ərzində dinlənilən dərslərdən 44 yüksək, 260 yaxşı, 53 orta, 1 zəif qiymətləndirilmişdir. Yekun olaraq, 2016-2017, 2017-2018 2018-2019-cu tədris illəri üzrə cəmi 1018 dərs dinlənilmiş, onlardan 189 dərs yüksək, 437 yaxşı, 343 orta, 49 zəif dərs kimi qiymətləndirilmişdir.

Sonra işçi qrupunun üzvü rayon Təhsil şöbəsinin metodisti Məhəmməd Cəfərov çıxış edərək işçi qrupunun fəaliyyətindən, iş prosesindən söz açıb. Monitorinqin həyata keçirilməsində tam şəffaflığa əməl olunduğunu, hər bir müəllimin dərsinə xüsusi həssaslıqla yanaşıldığını bildirib.

Müşavirədə iştirak edən Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, məktəbin Tərəqqi medallı riyaziyyat müəllimi Oruc Məmmədov, şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev, Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova, Daş Salahlı kənd 1 saylı  tam orta məktəbin direktoru Söylü Xəlilova, Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov, Çaylı kənd 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmməd Qocayev, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, 107 saylı Qazax Dairə Seçki Komissiyasının sədri Xəyyam Salehov, BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov, direktor müavini, dosent Məmməd Yusifov, rayon mərkəzi xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova, ağsaqqal Vilayət İsgəndərov çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə olan diqqətinə, ziyalılara verdiyi dəyərə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rayon ziyalıları adından sonsuz təşəkkürlərini çatdırıblar. İşçi qrupunun ötən müddət ərzində fəaliyyətlərini yüksək qiymətləndiriblər. İstər məktəblər, istər müəllimlər, istərsə də siniflər arasında sağlam rəqabətin yaranmasında işçi qrupunun fəaliyyətinin mühüm rol oynadığını qeyd ediblər. Bildiriblər ki, işçi qrupunun fəaliyyəti dövründə qazandığımız ən böyük uğurlardan biri o oldu ki, ötən il ali məktəblərə qəbulun nəticələrinə görə Qazax 3-cü yerdə dayandı. Çıxış edənlər bildiriblər ki, işçi qrupunun məktəblərdə monitorinqi müəllimlərin üzərinə böyük məsuliyyət hissi qoyur ki, biz bunu dinamik göstərici üzrə olan təhlillərdən, müəllimlərin əldə etdikləri nəticələrdən də aydın şəkildə gördük. Ən əsası bu təhlillər onu göstərdi ki, işçi qrupunun fəaliyyətinin, bütün bu işlərin arxasında gərgin əmək dayanır. Çıxış edən natiqlər işçi qrupunun fəaliyyətinin bundan sonra da yüksək səviyyədə davam edəcəyini vurğulayaraq gələcək işlərində uğurlar arzulayıblar.

Sonda rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupunun 2016-2017, 2017-2018 və 2018-2019-cu tədris illərində səmərəli fəaliyyətləri nəzərə alınaraq bir qrupuna, eləcə də təlim fəaliyyətinin dinamik göstəricisi yaxşıdan yüksək, ortadan yüksək və zəifdən yüksək olan bir qrup müəllimə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan uğurları əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün böyük səylə çalışmağı tövsiyə edib. Bildirib ki, rayonumuzda bunun üçün hər cür imkan vardır. Bu imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlar qazanılmalıdır.






























GOYEZEN.AZ


Geri qayıt